Xəbər lenti
Zakir Qaralov texniki işçiləri yenisi ilə əvəz edir- 12 NƏFƏR İŞƏ QƏBUL OLUNDU
Baş Prokurorluq tərəfindən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurulub.
Qurumdan verilən məlumata görə, prokurorluq orqanlarında infomasiya və kommunikasiya texnologiyalarının səmərəli və geniş istifadə olunmasına istiqamətlənmiş ardıcıl tədbirlərin davamı olaraq Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə həmin sahədə zəruri ixtisas və təcrübəyə malik mütəxəssislərin işə qəbulu ilə əlaqədar 18 aprel 2017-ci il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulub.
Müsabiqədə iştirak etmək üçün müraciət etmiş 40-dan artıq şəxsdən zəruri tələblərə cavab verən mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik 30 namizəd müsabiqəyə buraxılıb.
Namizədlərin nəzəri biliyi və peşə bacarığı səviyyələrinin yoxlanılması məqsədilə Baş Prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən 24 may 2017-ci il tarixdə Baş Prokurorluqda müsahibə keçirilib.
Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar