Xəbər lenti
Həbsdə olan müstəntiq kitab yazır
Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərov vəkili ilə görüşüb.
Manevr.az xəbər verir ki, bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib.
Vəkil qeyd edib ki, görüş zamanı o, R.Səfərovun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Sabiq müstəntiq saxlanma şəraiti və səhhətindən şikayət etməyib: "Səhhəti normaldır, şikayəti yoxdur. Rüfət əsasən mütaliə ilə məşğul olur, ərəb dilini öyrənir. Hazırda o, həmçinin kitab yazır, əsas fikrini kitab yazmağa cəmləyib. Boş vaxtlarında bədii ədəbiyyat da oxuyur".
Vəkil bildirib ki, R.Səfərov barəsində Şirvan Apellyasiya Məkməsinin qərarından verdiyi kassasiya şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilsə də, hələlik şikayətə baxılacaq vaxt müəyyənləşdirilməyib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar