Xəbər lenti
TUMİB Qubada vətənpərvərlik təbliğatı aparıb
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Quba şəhərində baş tutub. TUMİB rəhbərliyi və Quba rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirdən əvvəl Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Manevr.az-ın məlumatına görə, Quba şəhərində fəaliyyət göstərən Gənclər Evində baş tutan tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbir iştirakçıları sonra dövlət himnimiz canlı canlı ifa ediblər.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə tədbir iştirakçılarını 28 may Respublika Günü münasibətilə təbrik edib. Daha sonra bildirib ki, rəhbərlik etdiyi təşkilat Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda və regionlarda gənclərin iştirakı ilə görüşlər keçirir: “Bu görüşlərin məqsədi qəhrəmanlarımızı təbliğ etmək, onların keçdikləri şərəfli ömür yolu barədə yeniyetmə və gənclərimizə ətraflı məlumat verməkdir”.
Ç.Bayramov öz çıxışında qeyd edib ki, qəhrəmanlıq etmək, adının tarixin səlnaməsinə yazılmasına nail olmaq Vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir: “Vətən sevgisinin rüşeymi insanın ürəyindəki vətənpərvərlik duyğusundan kök atır. Ulu öndər Heydər Əliyev deyib ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".
Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda yeniyetmə gənclərin fərdi potensialının üzə çıxması üçün hər cür şərait var. A.Yəhyayevə vətəndaş cəmiyyəti institutlarının övladlarımızın vətənpərvər ruhda böyüməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Görüşdə həmçinin Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, təhsil məsələləri üzrə ekspert Raqib Sarı, hüquqşünas Orxan Vəliyev və başqaları çıxış edərək, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıblar. Qeyd ediblər ki, adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş qəhrəman oğul və qızlarımızı təbliğ etməklə milli dəyərlərə bağlı olan vətənpərvər gənclik yetişdirmək mümkündür.
Natiqlər çıxışlarında bildiriblər ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, vətənpərvər ruhda yetişmiş Azərbaycan gəncləri 2016 –cı ilin aprel ayındakı döyüşlərdə erməni işğalçılarına qarşı göstərdikləri şücaətləri ilə tariximizdə yeni qəhrəmanlıq səhfəsi açdılar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar