Xəbər lenti
Tovuzlu gənclərlə görüş keçirilib
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı layihənin icrasını Tovuz rayonunda davam etdirib. TUMİB rəhbərliyi və Tovuz rayon İcra Hakimiyyətinin İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Həsənov tədbirdən əvvəl rayonun Ağdam kəndinə gedərək, Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun ailə üzvlərilə görüşüb, sonra isə şəhid hərbçimizin məzarını ziyarət ediblər.
Manevr.az-ın xəbərinə görə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində baş tutan tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbir iştirakçıları sonra dövlət himnimiz canlı canlı ifa ediblər.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə layihə barədə məlumat verib. Bildirib ki, TUMİB Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda və regionlarda gənclərin iştirakı ilə görüşlər keçirir: “Bu görüşlərin məqsədi qəhrəmanlarımızı təbliğ etmək, onların keçdikləri şərəfli ömür yolu barədə yeniyetmə və gənclərimizə ətraflı məlumat verməkdir”. Ç.Bayramov öz çıxışında qeyd edib ki, qəhrəmanlıq etmək, adının tarixin səlnaməsinə yazılmasına nail olmaq Vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. Vətən sevgisinin rüşeymi insanın ürəyindəki vətənpərvərlik duyğusunda kök atır. Ulu öndər Heydər Əliyev deyib: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".
Tədbirdə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov, TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov vəQovlar şəhər İcra Nümayəndəsi Oruc Binnətov və başqaları çıxışedərək, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində gənclər təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıblar. Qeyd ediblər ki, adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş qəhrəman oğul və qızlarımızı təbliğ etməklə milli dəyərlərə bağlı olan vətənpərvər gənclik yetişdirmək mümkündür.
Natiqlər çıxışlarında bildiriblər ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, vətənpərvər ruhda yetişmiş Azərbaycan gəncləri 2016 –cı ilin aprel ayındakı döyüşlərdə erməni işğalçılarına qarşı göstərdikləri şücaətləri ilə tariximizdə yeni qəhrəmanlıq səhfəsi açdılar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar