Xəbər lenti
İtkin sayılan bu uşaq 5 gün stadionlarda qalıb - İslam Oyunlarına görə

Mayın 12-də Bakıda itkin düşən 12 yaşlı uşaq tapılıb.
Manevr.az xəbər verir ki, uşağın yaxınlarının Trend-ə verdiyi məlumata görə, itkin düşən 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 17-də Nardaran qəsəbəsindən tapılıb:
“Nardaranda uşağın nənəsi yaşayır. Mayın 17-də axşam saatlarında Amil nənəsinin evinə gedib. Məlum olub ki, o, 5 gün paytaxtda stadionlarda qalırmış. Uşağın məqsədi isə IV İslam Oyunlarını izləmək olub. Buna görə də dərslərə getməyib, stadionlarda yarışları izləyib”.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 12-də səhər saatlarında anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb. Anası onu metronun "20 yanvar" stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla oxuduğu Bakıxanov Olimpiya Liseyinə yola salıb. Lakin uşaq liseyə getməyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar