Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pəncərəsiz otaq

Tarix: 24-07-2023 14:46     Baxış: 2214 A- / A+
Afət Viləşsoy

  Reanimasiya otağında pəncərə yox idi. Zəif elektrik lampasının şüası üzünə düşürdü. Gözünü yumduqda işiğı sonsuz qaranlıq əvəz edirdi. Qaranlıq boşluqda uzaqdan gələn maşınların uğultulu səsi ucsuz sükutu pozurdu.        
Birdən canına üşütmə gəldi. Qollarına bağlanmış “sistemin “ içindən dərman damarına axdıqca canındakı üşütmə də çoxalırdı. Göz qapaqlarını azca açdıqda tibb bacısının nəvazişlə üzünü oxşadığını gördü. Yenidən zəif düşmüş gözlərini qapadı. Bayaqkı maşın yaxınlaşırdı. Maşından bir neçə əskər geyimli düşüb, ona yaxınlaşdı. Gözləri açıq idi, yoxsa qapalı, onu xatırlamır, üşütmə çoxalırdı. Deyəsən, yuxusu gəlirdi, amma qulağında səslər bir-birinə qarışmışdı. Maşına tərəf addımladıqca ayaqları daş kəsilirdi.          
Qollarını qaldırmaq istəyirdi-deyəsən, oğlunu qucaqlamaq istəyirdi. Əskərlər ona yaxınlaşanda heç birinin onun oğlu olmadığını gördü. Hərbi geyimlilərdən biri əlini öpüb alnına qoyduqda tibb bacılarının: ”Kifayət ana, qurban sizə, əlinizi tərpətməyin ,iynə damardan çıxar.” Sonra yenə səslər bir-birinə qarışdı. Tibb bacıları qəhərdən boğula –boğula pıçıldaşdılar: ”Şəhid anasıdır!”          
Xəyalının dərin qatında əskərlər cənazə gətirirdi. Bayaq əlini öpən zabit : ”Başın sağ olsun,  ana”- dedi. Otağında pəncərə yox idi. Elektrik lampası közərirdi.İşıqlı dünyanın bütün qaranlığı xanım ananın gözlərinə çökdü. Saralmış bənizində”hüzn “sözünün bütün hərfləri üz cizgiləri ilə yazıldı. Zəif dodaqları “Nənən ölsün, bala”-deyə əsirdi. Dərman təsirini göstərdikcə yuxu aparır, bu yuxu özü ilə xəyallarını cənazə gətirən maşının arxasınca sürüyürdü.

***
AY ANA

Bir sevginin bələyində qocalan
Qabar tutmuş taleyində qocalan
Şəhid olmuş övlad kimi ucalan,
Yollarına qurban olum,ay ana.
 
Həsrətinin qundağında yaşayan, 
Kəm bəxtini duz yükütək daşıyan,
Özgə yükü öz yükütək daşıyan,
Qollarına qurban olum, ay ana. 
 
Qurban deyib,qurban olub oxşayan, 
Qismət yarım-boyun bükük,başı yan…
"Şəhid olmuş bala" deyib yaşayan,
Dillərinə qurban olum, ay ana. 
 
Dərd əlindən yaylağı dağ - sinəsi,
Namaz haqqa,qunud haqqa bir əsir, 
Şəhid olmuş arzusuna tələsir, 
Əllərinə qurban olum, ay ana.
 
Gün görməmiş pak duyğunun özüsən, 
Bir nakamın ana deyən sözü sən, 
Sağın savab, solun savab üzü sən 
Mələyinə qurban olum, ay ana. 
 
Afət VİLƏŞSOY

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar