Xəbər lenti
800-dən çox yeraltı təkan qeydə alınıb
Azərbaycanda bu ilin yanvar-mart ayları ərzində təxminən 800-dən çox təkan qeydə alınıb.
Manevr.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.
Onun sözlərinə görə, onlardan yalnız bir necəsi 3-4 bal gücündə hiss edilib: "Qalan bütün təkanlar hiss edilməyib. Sonuncu hiss edilən təkanlar mayın 3-də Dağıstanda baş verən zəlzələ nəticəsində Zaqatalada, Balakəndə olub. Həmin vaxt Zaqatalada, Balakəndə təkanlar 4 bala kimi hiss edilib, Şəki, Mingəcevirdə də isə daha zəif hiss edilib. Saatlı rayonu ərazisində bu gün qeydə alınan zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub".
Q.Yetirmişli bildirib ki, bu il seysmoloji aktivlik daha çox Xəzər dənizi və Şamaxı-İsmayıllı zonasında qeydə alınıb:
“Ümumilikdə isə seysmoloji baxımından Xəzər dənizi, Şamaxı-İsmayıllı zonası, qərb zonasında Kəlbəcər, Daşkəsən, Gəncə, o cümlədən ölkənin şimal-qərb hissəsi, Talış dağlarındakı zəlzələ ocaqları həmişə aktiv olur. Ölkənin bu ərazilərində təkanlar daha çox qeydə alınır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar