Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qeyri-adi görünüşlü musiqi alətləri : Onun hazırladığı alətlər müxtəlif silahları xatırladır

Tarix: 10-05-2017 22:26     Baxış: 2586 A- / A+
Qeyri-adi görünüşlü musiqi alətləri


Cəlilabad sakini qeyri-adi görünüşə malik musiqi lətləri düzəldir. Onun hazırladığı alətlər müxtəlif silahları xatırladır. Musiqi alətlərini bu cür düzəltməyin isə maraqlı bir səbəbi var. Qırıcı təyyərə formasında kaman, qumbara formalı tar, boş gilizlərdən düzəldilmiş qaval.

Bu qeyri-adi musiqi alətlərini Cəlilabadın Hacıcavad kənd sakini Adil əmirov düzəldib. Onun ərsəyə gətirdiyi alətlər görünüş baxımından müxtəlif silah-surastları xatrıladır. Kamanın ön hissəsini qırıcı təyyarəyə bənzətməklə yanaşı, alt hisssələrində raketləri xatırladan maketlər də əlavə edib. Adil əmirov qavalın hazırlanmasında isə boş patron gilizlərindən istifadə edib. Ustanın sözlərinə görə, musiqi alətlərinə əlavə olunmuş bu forma səsi daha da ecazkarlaşdırır.
Tarın bir hissəsi qumbara, simləri tənzimləyən başlıq hissə isə tapança formasındadır.
Adil əmirov deyir ki, musiqi alətlərini silah sursat formasında düzəltməklə dünyaya yalnız bir mesaj vermək istəyir: "Silahlardan qırğınlar törətmək üçün deyil, sülh üçün istifadə olunsun!". O, hətta yazdığı bu şüarı musiqi alətlərinin üzərindən də asıb.
Ömrünü musiqi alətləri düzəltməyə həsr edən usatad bu alətlərdə ifa etməyi də bacarır.
Dəfələrlə sərgilərdə nümayiş etdirilən bu musiqi alətləri həm yerli, həm də xarici turistlərin böyük marağına səbəb olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar