Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadına qarşı zorakılıq

Tarix: 07-03-2023 09:54     Baxış: 486 A- / A+


Qadına qarşı zorakılıq
 
 
Qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cinslər arasında aparılan bərabər bölgülərin ədalətsizliyi nəticəsində yaranır. Müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər əksər hallarda öz mövqelərindən, eləcə də, onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə ediblər. Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin isə əsasən, ailədaxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir.
 
 
 Bir sıra mütəxəssislərin gəldikləri qənaətə görə, dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır. Məsələn, ABŞ-da hər il 1900-ə yaxın qadın zorlanmaya məruz qalır, hər 15 saniyədən bir isə bir zərif məxluq ərləri tərəfindən döyülür. Avstraliyada qətl  hadisələrinin 54 faizi ailə daxilində baş verir və bu cinayətlərin 90 faizinin qurbanı qadınlar və uşaqlar olur.
 
Böyük Britaniyada da hər dörd qadından biri fiziki zorakılığa məruz qalır. Doğrudur, göstərilən statistika əsasən, 4 il bundan əvvəlki mənzərəni əks etdirsə də, həmin ölkələrdə məsələ bu gün də aktuallığını itirməyib.
 
Bütün hallarda qadınlara qarşı zorakılıq insan hüquqlarının və qadınların əsas azadlıqlarının pozulmasıdır.
 
Qadınlara qarşı zorakılıq problemi müxtəlif vəziyyətlərdə dünyanın bütün ölkələrində mövcuddur. Bütün dövrlərdə qadınlar fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılığa məruz qalır. Hətta yaxın dövrlərədək demək olar ki, qadınlar üçün heç bir hüquqi və tibbi müdafiə xidmətləri fəaliyyət göstərmirdi. Heç bir profilaktik proqramlar yox idi. Problemin daha yaxşı dərk edilməsi üçün çox az tədqiqat aparılmışdı. Yəqin ki, qadınlara qarşı zorakılığın belə inkişaf etməsinə əsas səbəblərdən biri də problemə belə laqeyid münasibət və qanunlardakı boşluqların olmasıdır.
 
 
Qurbanların əksəriyyəti belə şəraitdə əsasən, susurlar. Yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən qaçırlar. çox az hallarda qurbanlar bu barədə polisə müraciət edir, məhkəmələrdə cinayət işləri açılır. çünki onları bu yoldan çəkindirən bir sıra səbəblər var.
 
Birincisi, yaxınlarından, qohumlarından, iş yoldaşların utanırlar. Bundan başqa, ya bir sıra hallarda ailədə aldıqları tərbiyə, adət-ənənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir, ya heç kəsin ona inanmayacağını, ya boşandıqdan sonra küçələrdə səfalət içində qala biləcəyini və sair bu kimi məsələlər qadınların qarşısında duran əsas mneaələrdir. Bəllidir ki, bir çox qadınlar ailələrini "dağıtdıqlarına" görə ata evi tərəfindən qəbul edilmir.
 
Regionlarda isə qadınlar ümumiyyətlə, məhkəməyə müraciət etməkdən çəkinir. Onlar düşünür ki, bu milli adət-ənənəyə uyğun deyildir.
 
Sadalananlarla mübarizə aparmaq üçün BMT tərəfindən bir sıra beynəlxalq sənədlər qəbul edilib. Və Azərbaycan dövləti də bu sənədlərə qoşulub. Təəssüf ki, Azərbaycan da deyilən problemdən kənarda deyil.
 
Belə ki, hər yerdə olduğu kimi Azərbaycanda da istər milli, istər də dini qaydalara əsasən, qadınlar onlara inanmayacaqlarından və ya təkrarən zorakılığa məruz qalacaqlarından qorxaraq müxtəlif instansiyalara o cümlədən, polisə müraciət etməkdən çəkinir, başlarına gələn problemləri ətrafdakılara danışmaqdan utanırlar. Bu, xüsusilə də regionlarda aktual problem olaraq qalır. Məhz bu səbəbdən də ölkədə bu sahənin dəqiq statistikasını vermək mümkün olmur. Tədqiqatlar göstərir ki, qadınlar əsasən  öz evlərində, ərləri və ya ən yaxın adamları tərəfindən öldürülür, zorlanır, şantaj və hədə-qorxulara və digər fiziki, psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır. Ailədaxili zorakılıq hallarında daha qorxulu və həyacanlı məqam budur ki, ailədə məişət və digər zəminlərdə baş verən münaqişələrin, cinayətlərin 60-70 faizi azyaşlı və ya yeniyetmə uşaqların gözləri qarşısında baş verir. Bu isə təbii ki, onların gələcək həyatlarında istər cəmiyyət, istərsə də onların yaxınları üçün izsiz ötüşmür.
Dünya parktikasında qadın sığınacağı var. Bəs, ondan bizdə niyə yoxdur?
 
Ailədə şiddət görən qadınların və uşaqların müdafiəsi üçün dünyada bir sıra təcrübələr mövcuddur. Onların arasında ən  effektlisi qadın sığınacaqlarının yaradılmasıdır. Qeyd edək ki, həmin sığınacaqlar şəhər bələdiyyəsi və QHT-lərin iri layihələri hesabına maliyyələşir. Orada psixoloq, hüquqşünas və sosioloqlar həmin qadın və uşaqlarla işləyir. Ailədə zorakılıq görən qadınların həmin sığınacaqlara müraciəti isə tam məxfi saxlanılır.
 
Azərbaycanda da sığınacaq mövcudur. Lakin bu məkanlar insan alverinin qurbanı olanlara xidmət edir. Beynəlxalq təcrübədən fərqli olaraq, Dİ-nin nəzarətində olan bu məkanlara yerləşdirilən qadınlar istintaq başa çatandan sonra sərbəst buraxılırlar. Onların sonrakı taleyi, həyatlarına dair təhlükəsizlik təəssüf ki, təmin edilmir. Qərb ölkələrində isə sözügedən insanların reabilitasiyası aparılır, psixoloqla və hüquqşünasla təmin edilir.
 
Azərbaycanda ailədə şiddət görən qadınların və uşaqların sayı digər ölkələrdən az deyil, bəlkə də əksinə, bəzi ölkələri üstələyir. Ona görə də, ailədaxili zoraklıqla üzləşənlər üçün də sığınacaqların yaradılmasına böyük ehtiyac var. Lakin bəzi mütəxəssislər hesab edir ki, cəmiyyətimiz buna hazır deyil. Fikirlərini də onunla əsaslandırırlar ki, Azərbaycan qadınlarında komplekslər çox olur, ətrafın onun haqqında nə düşünəcəyinə böyük diqqət yetirir. Belə ki, təzyiq görmüş qadın özünü müdafiə etmək üçün sığınacağı seçərək bir neçə gün və ya bir neçə ay evindən uzaqlaşarsa, sonradan cəmiyyətin, ata-anasının onu qəbul etməyəcəyini düşünür. Bir sözlə, milli xüsusiyyətlərdən gələn bəzi məsələlər sığınacağın yaradılmasının reallaşması üçün maneədir.
 
Lakin digər cəbhədə duranlar bunun əksini düşünür. Onlar sovet dövründən misal gətirərək, belə sığınacaqların mövcudluğuna toxunurlar. Qeyd edək ki, ikinci tərəfin önə çəkdiyinə də nisbətən sığınacaq demək olar. Belə ki, sovet dövründə bu məkanlara əsasən, yetim uşaqlar yerləşdirilirdi. Tənha qadınlar isə onlara bir növ dayəlik etmək üçün oraya sığınırdı. Lakin müstəqillikdən sonra sözügedən məkanlar ləğv edildi.
 
Digər mövqedə duranlar isə, belə fikir söyləyirlər ki, şiddətə qarşı qanunvericilikdə cinayət işi nəzərdə tutulduğundan sığınacağa ehtiyac yoxdur. Sadəcə olaraq, qadınlar arasında maarifləndirmə iişin gücləndirmək yetərlidir. Onlar fikirləşir ki, əgər qadın hüququnu bilərsə, özünü müdafiə etmək üçün polis bölməsinə müraciət edəcək.
 
Lakin zaman göstərir ki, maarifləndirmə işi nə qədər gücülü aparılsa da, bununla bağlı nə qədər qanunlar çıxsa da ailədaxili zorakılıqların qarşısı alınmır. Əksinə, ildən-ilə daha da artır. Ona görə də, dünyada ən çox qəbul edilən təcrübə sığınacaqların təşkilidir.
 
 
Taleh Şahməmmədli
Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində hazırlanmışdır
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar