Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Mini yubka geyinməyin! -imtahan nəzarətçilərinə xəbərdarlıq

Tarix: 08-05-2017 11:12     Baxış: 4487 A- / A+
Mini yubka geyinməyin!


Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən biri az bal toplamasının səbəbini nəzarətçinin qısa geyimdə olması ilə əlaqələndirib. 200 bal yığan abituriyent hesab edir ki, nəzarətçinin geyimi onun fikrini yayındırdığından suallara cavab tapa bilməyib. Bu məsələ ötən həftənin ən çox müzakirə olunan mövzusu idi.

Bəs imtahan nəzarətçilərinin geyimi necə olmalıdır?

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, müəllimlərin və ya nəzarətçilərin forma məsələsi daim gündəmdədir.

"Bu məsələ dəfələrlə gündəmə gətirilib. Hüquq-mühafizə orqanlarının işçiləri, həkimlər, stüardessaların vahid geyim formaları var. Hətta meşəbəyinin də forması var. Sovet dönəmində şagirdlərin məktəbli forması diqqət mərkəzində idi, sonra bu məsələ gündəmdən çıxdı. Lakin yenidən aktuallaşdı və şagirdlər üçün yeni forma sisteminə keçildi. İndi müəllimələrə də vahid forma tətbiq olunmalıdır”.

Nəzarətçilərin diqqətçəkən geyimlərinə gəlincə, ekspert bildirib ki, abituriyentin dedikləri real görünmür. "Minlərlə nəzarətçi olur, hər il tərkibi dəyişir. Bunların maliyyə məsələsi də var. Bu hansısa səviyyədə qaldırılmalıdır. Amma etika mədəniyyət qaydalarında sərhədlər gözlənilməlidir. Keçmiş təhsil naziri Lidiya Rəsulovanın vaxtında optimal qərar qəbul edilmişdi ki, aşağı hissə tünd, yuxarı hissə açıq rəngdə geyimlər geyinilməlidir. DİM heç bir maliyyə cəlb etmədən təklif verə bilər ki, müəllimələr klassik formada geyinsinlər. Müəllimələr geyimlərinə diqqətlə yanaşmalıdırlar. Bəzi məktəblərdə müəllimələr dərsdən çox geyimlərini nümayiş etdirirlər”.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hər bir imtahandan öncə müəllimələr üçün təlim-seminarlar keçirilir. "Seminarlarda nəzarətçilərə imtahan qaydaları barədə ətraflı məlumat verilməklə yanaşı, yaddaş kitabçası və nəzarətçi vəsiqəsi təqdim edilir. Bundan əlavə nəzarətçilər üçün video-çarx nümayiş etdirilir. Təlimlərdə nəzarətçilərə mütləq tapşırılır ki, imtahana diqqəti cəlb etməyən geyimlərdə gəlsinlər və dikdaban ayaqqabı geyinməsinlər". azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar