Xəbər lenti
Kolbasa və sosisləri bu vəziyyətə salıb satışa çıxarırlar - ŞOK FAKTLAR - VİDEO
Bakıda külli miqdarda kolbasa və sosis məmulatları kif bağlamış halda aşkarlanıb.
Manevr.az məlumat verir ki, həmin məhsulu Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları paytaxtın Biməqədi rayonu Rəsulzadə qəsəbəsində bir qarajdan aşkar edib. Məlumat əsasında əraziyə gələn idarə əməkdaşları müəyyən ediblər ki, sahibkar müxtəlif firmalara məxsus istifadə müddəti kecmış külli miqdarda kolbasa və sosisi qarajda saxlayır. Halbuki, həmin məhsullar qarajda yox, soyducu anbarda saxlanılmalıdır ki, məhsul keyfiyyətini itirməsin.
Həmin məhsullardan numunələr götürülüb Respublika Baytarlıq İdarəsinin Labaratoriyasına aparılarkən sahibkar həm buna, həmdə çəkiliş qrupuna mane olmaq istəyıb.
Amma buna baxmayaraq əraziyə cəlb edilmiş 4-cü polis bölməsinin əməkdaşlarının da iştirakı ilə akt tərtib edilərək məhsulun bir qismi labaratoriyaya, qalan qismi isə satışdan çıxarılması üçün qarajdan götürülüb. Həmin şəxsi 200-300 manat civarında cərimə gözləyir.
Xaçmaz rayonunun Padar kəndində isə meşə massivində kəsilmiş at tapılıb. Atı, Bakı şəhərində satmaq məqsədilə kənd sakini İsmayıl Məmmədovun kəsdiyi müəyyənləşib.O, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. At cəsədi müayinə olunmaq üçün baytarlıq idarəsinə aparılıb.
Hər iki faktla bağlı araşdırmalar davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Xezerxeber.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar