Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihəyə start verilib

Tarix: 04-05-2017 10:36     Baxış: 2539 A- / A+
“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihəyə start verilib


Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi və hüquqi maarifləndirmə, region gəncləri arasında sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərancamı ölkədə kiçik sahibkarlığın inkişafına təkan verəcək. Buna uyğun olaraq ölkəmizin gələcəyi olan gənclərin sahibkarlıq fəaliyyətinə və onların uğurlu karyera qurmalarına yardımçı olmaq üçün maarifləndirmə işlərini gücləndirmək məqsədi ilə Mingəçevir Gənclər Evində “Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin təlimlərinin keçirilməsi zəruri hesab edilib və layihənin ilk təlimlərinə start verilib. 2 hissədən ibarət olan təlimdən ümumilikdə 50 nəfər gənc yararlanacaq. İlk hissədə iştirakçılar 25 nəfərlik Mingəçevir Dövlət Universtietinin İqtisadiyyat fakultəsinin tələbələrindən ibarət olub. Bu təlimin keçirilməsi region gənclərinin məşğulluğunun artırılmasına, region gənclərinin “Sahibkarlıq Məktəbi” vasitəsilə digər regionlarda da bu işin davam etdirilməsinə yardımçı olacaq.

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov tədbirin açılışında çıxış edərək təlimin gənclər üçün əhəmiyyətindən danışıb: Bildirib ki, gənclərin bu sahədə maarifləndirilməsinin böyük əhəmiyyəti var. Kiçik və orta sahibkarlığın əhəmiyyəti hər bir ölkə üçün əvəzsizdir. Biz də öz növbəmizdə region gənclərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün maarifləndirilməsinin çox vacib amillərdən biri olduğunu nəzərə alaraq onları bu sahədə inkişaf etdirməyi borc bildik. Ölkə Prezidentinin Sərəncamına əsasən Mingəçevirdə texnoparkın əsasının qoyulması da gənclərdə bu sahəyə marağı artırıb. Layihədən əldə etdikləri bilik və bacarıqlar sayəsində gələcəkdə istifadəyə veriləcək bu kompelksdə kiçik sahibkarlıq imkanlarını inkişaf etdirə biləcəklər”.

Təlimçi Kamal Əhmədov iştirakçıları təlimin gedişi haqqında məlumatlandırıb və təlimin əhəmiyyətindən danışb.
Daha sonra təlimin məqsədi, biznes ideya, ən yaxşı biznes ideyanı seç, marketinq, satışın müəyyən edilməsi, alış və tədarük planın, investisiya həcminin müəyyən edilməsi, biznesin müxtəlif xərcləri haqqında ətraflı məlumat verib və bu istiqamətdə maarifləndirmə işlərinin növbəti təlimlərdə də davam etdiriləcəyini bildirib.

Sonda təlimdə iştirak edən gənclərə sertifikartlar təqdim edilərək “Sahibkarlıq Məktəbinə” üzv seçiləcəklər.

Ləman Bəylərova

Manevr.az

“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihəyə start verilib
“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihəyə start verilib
“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihəyə start verilib
“Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihəyə start verilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar