Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Mənşəyi məlum olmayan siqaretləri bazara kim çıxarır?

Tarix: 03-05-2017 15:51     Baxış: 3384 A- / A+
Mənşəyi məlum olmayan siqaretləri bazara kim çıxarır?


Siqaret insan ömrünü 10 il azaldır. Bəs mənşəyi məlum olmayan siqaretlər necə? Gömrük Komitəsi hər gün xeyli sayda qanunsuz tütün məmulatlarının gömrüklərdə saxlanılıb məhv edildiyini açıqlayır. Amma bazarda yenə də istənilən qədər mənşəyi məlum olmayan siqaret var. Bəs bu məhsulları bazara daxil edənlər kimlərdir?

Manevr.az-ın xəbərinə görə, bu barədə “Qaynar”a açıqlama verən Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bunu edənlərin əsasən sadə vətəndaşlar olduğunu bildirib:

"Bununla bağlı mütəmadi olaraq əməliyyatlar keçirilir. Hər gün demək olar ki, minlərlə siqaret tutulur. Hətta bu əməliyyatları bəzən foto və videolarla göstəririk. İnanın ağla gəlməyən yerlərdə - avtomobillərin gizli saxlanc hissələrində, ehtiyat təkərlərin üzərində və s. keçirənlər olur. Bununla maksimum şəkildə mübarizə aparmağa çalışırıq. Bunları bazara daxil edənlər əsasən də şəxsi istifadə üçün gətirənlərdir. Bildiyiniz kimi, Nazirlər Kabinetinin 305 saylı qərarına müvafiq olaraq hər bir fiziki şəxs şəxsi istifadəsi üçün ayda bir dəfə, 3 blokdan çox olmamaq şərti ilə gömrükdən siqaret keçirə bilər. Təəssüf ki, bundan süi-istifadə edirlər və şəxsi istifadə adı ilə gətirdikləri siqaretləri bazara çıxarırlar, sonda da belə xoşagəlməz mənzərə ortaya çıxır".

Araşdırma apararkən elan saytlarının birində qanunsuz siqaret satışı ilə məşğul olan şəxslərin elanına da rast gəldik.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar