Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə yaşayan azərbaycanlı qadınlar haqda qandonduran iddialar: Zəhərləyərək ərlərini öldürürlər

Tarix: 28-04-2017 11:24     Baxış: 5383 A- / A+
Türkiyədə yaşayan azərbaycanlı qadınlar haqda qandonduran iddialar:

Türkiyədə Ayla D. adlı qadının iki azərbaycanlı qadın haqqında söylədikləri eşidənləri narahat etməyə başlayıb.
Türkiyədə yaşayan adıçəkilən azərbaycalı qadınlar evləndikləri kişiləri dərmanla zəhərləyərək onların infarktdan ölmələrinə səbəb olublar. Ayla adlı xanımın dediklərinə görə, Məhəbbət Ç. adlı azərbaycanlı xanım xəstəxanalardan birində baş tibb bacısı işləyirmiş. Ərinin yeməyinə tökdüyü dərmanla onun infarkt olmasına və daha sonra ölməsinə səbəb olub. Ayla “onlar iki türk vətəndaşını öldürdülər. Mən şikayət etməsəydim, kim bilir daha neçə nəfəri öldürəcəkdilər?!”, – deyə bildirib.
Ayla Bolu Ağır Cinayətlər Məhkəməsinə verdiyi qandonduran ifadəsində bildirib ki, Boluda yaşayan Azərbaycan əsilli Gülarə S. adlı bir qadın əri Niyazi S.-in yeməklərinə dərman tökərək onun infark olmasına, sonra da ölməsinə səbəb olub. Kastamonuda yaşayan daha bir azərbaycanlı qadın Məhəbbət Ç-nin də ərini eyni üsulla öldürdüyünü iddia edib.
Hadisələr isə 2013-cü ildə cərəyan edib. İddialara görə, Gülarə xəstə olan türk vətəndaşı Niyaziyə baxmaq üçün yanında işə başlayıb. Bir müddətdən sonra isə onunla evlənib. Ağciyər və prostat xəstəliyindən əziyyət çəkən Niyazinin baxıcısı olan Gülarə onun kimi türklə evlənən Məhəbbət Ç. ilə plan quraraq ərinin yeməklərinə noradol adlı dərmandan az-az tökərək zəhərlənməsinə səbəb olub. Beləcə hər gün zəhərlənən Niyaziyə bir müddətdən sonra alzheimer diaqnozu qoyulub və kişi infarkt səbəbindən dünyasını dəyişib. Gülarə və Məhəbbət ilə rəfiqə olan Ayla kişi öləndən sonra onun övladları ilə əlaqə saxlayıb. Onlara atalarının zəhərləndirilərək öldürüldüyünü bildirib. Bundan sonra kişinin uşaqları atalarının ölümündən şübhələnərək məhkəmədə iddia qaldırıblar.
Lakin məhkəmədə bütün iddiaları təkzib edən hər iki azərbaycanlı qadının söylədiklərinə qarşı Ayla belə ifadə verib:

“Vicdan əzabı çəkdiyim üçün hadisəni ortalığa çıxardım. Məhəbbət ilə Ankarada xəstəxanalardan birində tanış olduq. İkimiz də tək yaşayan qadınlar idik. Yoldaş olub bir-birimizin evinə gəlib-getməyə başladıq. Lakin bir gün gecə anidən Məhəbbətə zəng gəldi və o “Məni tutacaqlar” deyə qışqırmağa başladı. “Nə oldu?”, – deyə soruşanda Azərbaycanda da baş tibb bacısı olduğunu, öz ərini və daha bir neçə şəxsi bu şəkildə öldürdüyünü mənə etiraf etdi. Sonra Məhəbbət təkbaşıma yaşadığımı və məni evləndirə biləcəyini söylədi. Dedi ki, Kula da Hacı adında bir şəxs var. Kulanın yarısı onundur. Gəl, səni onunla evləndirək, sonra 3 ay ərzində zəhərləyib öldürərik, mirası da sənə qalar. Bu təklifdən sonra Məhəbbəti döyərək evimdən qovdum”.

Bundan sonra Məhəbbət ilə görüşmədiyini deyən Ayla Məhəbbətin rəfiqəsi Gülarənin də ərinin infarkdan öldüyünü öyrəndikdən sonra vicdan əzabı çəkdiyini deyib. “İki türk vətəndaşını öldürdülər. Mən şikayət etməsəydim kim bilir daha neçə nəfəri öldürəcəkdilər?!”

Ayla D. verdiyi ifadələrin arxasında sonuna qədər durduğunu və hətta bildiklərini söyləməməsi üçün onu təhdid və hətta 50 min TL pul təklifi etdiklərini də bildirib. Lakin Aylanın iddiaları bununla yekunlaşmayıb. Belə ki, Məhəbbət Ç-nin əri öldükdən sonra İstanbula birlikdə gəldiyi Atilla G. adlı şəxsin də 2015-ci ildə məlum olmayan səbəblərdən dolayı öldüyünü bildirib.a24.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar