Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının müavininin dambası dağıdıldı

Tarix: 27-04-2017 23:24     Baxış: 3407 A- / A+
İcra başçısının müavininin

Ağdaş rayonunda sünü balıq gölü sakinlər tərəfindən dağıdılıb.

Manevr.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Avad kəndi ərazisində qeydə alınıb.

Belə ki, yerli sakinlər həmin kəndin ərazisində yerləşən süni balıq gölünü dağıdaraq suyunu və balıqlarını Kür çayına axıdıblar.

Sakinlər bildiriblər ki, süni balıq gölü kənd qəbiristanlığının yanında yerləşdiyindən nohurdan sızan sular qəbir yerlərinə dolaraq ziyan verməklə yanaşı, ərazidə bataqlıq əmələ gətirir.

Bununla bağlı dəfələrlə adiyyəti qurumlara müraciət etdiklərini deyən sakinlər süni balıq gölünün Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçsının müavini Əsgərxan Həsənovun himayəsində olduğundan dağıdılması barədə qərar çıxarılmadığını söyləyiblər.

RİH-in Avad kənd ərazi icra nümayəndəsi Lətif Mustafayev bildirib ki, süni göl sakinlər tərəfindən dağıdıldıqdan sonra fəaliyyəti dayandırılıb: "Kənd sakinləri kütləvi şəkildə süni gölü dağıdıblar. Süni göl dağıdıldıqdan sonra bərpa edilməyib. Bu göl kənd sakini Abduləli Kərimovun adına rəsmiləşdirilib. Gölün kimin himayəsində olması ilə bağlı sualı isə sahibkarın özünə versəniz, daha yaxşı olar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar