Xəbər lenti
Azərbaycanda 2 yaşlı uşağa siqaret çəkdirdilər - Valideyn məsuliyyətə cəlb edilə bilər - ŞOK VİDEO

İki yaşlı uşağa danışmaqdan qabaq siqaret çəkmək öyrədilib. Sözləri aydın tələffüs edə bilməyən körpə böyük insanlar kimi barmaqlarının arasına siqareti alıb, hətta tüstüsünü üfürür.
Manevr.az xezerxeber.az-a istinadən məlumat verir ki, təəssüf və təəccüb yaradan bu görüntülər rayonlardan birində qeydə alınıb. Görüntülərə baxanda körpənin valideyninə və ya ona bu hərəkəti öyrədən şəxsə qarşı ikrah hisslərini cilovlamaq mümkün deyil.
Belə hallarda uşağın həm təlim-tərbiyəsi, həm də sağlamlığı sual altında qalır. Həkimlər deyirlər ki, uşağın nəinki siqaret çəkməsi, hətta siqaret çəkilən bir mühitdə olması da onun sağlamlığına ciddi təhlükə yaradır.
İnsanlar belə şəxslərə qarşı ictimai qınağı vacib hesab edirlər.
Hüquqşünas Xəyal Bəşirli qeyd edir ki, qeydə alınan bu fakta görə valideyn İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən məsuliyyət daşıyır. Çünki bu halda valideyn və ya valideyni əvəz edən şəxs uşağın təlim-tərbiyəsının yerinə yetirilməsi qaydalarını pozub və o, 60-100 manat arasında cərimə edilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar