Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vətəndaşların BORCU SİLİNDİ – Siyahıda kimlər var?

Tarix: 20-04-2017 16:43     Baxış: 5374 A- / A+
Azərbaycanda vətəndaşların BORCU SİLİNDİ

2017-ci ilin 1 yanvar tarixinə 39 min 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 mlrd. 409 mln. 370,7 min manat, aprelin 1-ə isə 41 min 352 vergi ödəyicisinin 1 mlrd. 16 mln. 626 min manat məbləğində vergi borcu olub.
Vergilər Nazirliyindən verilən məlumata görə, cari ilin I rübü ərzində 35 min 542 sayda vergi ödəyicisinin 251 mln. 86,4 min manat məbləğində borcu yaranıb, 34 070 sayda vergi ödəyicisinin 643 mln. 831,1 min manat məbləğində borcu ləğv edilib.
“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanuna uyğun olaraq, 69 329 vergi ödəyicisinin 728 mln. 83,1 min manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib.
Bundan əlavə, qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən ilin yanvar-mart ayları ərzində edilmiş 8 mln. 13,1 min manat ödəniş müqabilində 4 428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 mln. 760,9 min manatı silinib.a24.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar