Xəbər lenti
Azərbaycanlı müğənnilər aborta qarşı: “Öldürmə, ana” -VİDEO
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və "Aydınlığa doğru" İctimai Birliyi "Öldürmə, ana" adlı layihə təqdim edib.
"Öldürmə ana" layihəsi ana bətnində tələf edilən körpələrə həsr olunub. Layihəyə tanınmış sənət adamları da cəlb edilib. Onların arasında xalq artisti Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova, Tünzalə Ağayeva, müğənnilər Samira və Samir Salam yer alır. Layihə çərçivəsində sənətçilərin ifasında “Öldürmə, ana” adlı mahnı yazılıb və klip çəkilib. Kompozisiyanın söz və musiqisi Elçin Elxanlıya, aranjemanı Namiq Zeynalova məxsusdur.
Ekran işinin rejissoru da Elçin Elxanlıdır. Sosial layihə barədə danışan rejissor layihənin təsadüfən ərsəyə gəlmədiyini deyib. O deyib ki, abort müasir dövrün əsas problemlərindən biridir. Bu layihə ilə yaradıcı heyət cəmiyyətə çağırış edir, çünki dünyada hər il 55 milyon körpə abortun qurbanı olur. Qafqaz ölkələri arasında Azərbaycan birinci sıradadır. Rejissor ümid edir ki, ən azından bu mahnını dinləyən, bu klipə baxan bir kəs abortdan imtina edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar