Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə süni şəraitdə zəli çoxaldılıb

Tarix: 18-04-2017 20:07     Baxış: 4342 A- / A+
Azərbaycanda ilk dəfə süni şəraitdə

Azərbaycanda ilk dəfə olaraq, zəlilələrin süni şəraitdə çoxaldılmasına nail olunub.

Manevr.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, artıq zəlilərin süni şəraitdə çoxaldılmasına nail olunduğundan onun təbiətdən ovlanmasına ehtiyac olmayacaq: “Hazırkı dövrdə zəlilərin çoxaldılması o qədər də asan deyil. Çünki bu, artıq unudulmuş təcrübədir. İnstitutun laboratoriyasında aparılan bu tədqiqat süni zəli baramasının yaradılması ilə nəticələnib. Zəli ətraf mühitə qarşı çox tələbkardır. Ona mütləq qaranlıq, sakitlik, optimal su və temperatur lazımdır. Biz bunu əldə edə bildik. Hazırda tədqiqatlar davam edir”.

E.Yusifov Zoologiya İnstitutunun Mingəçevirdəki Təcrübə Dayaq Məntəqəsində də açıq şəraitdə zəlilərin çoxaldılması üçün işlər aparıldığını söyləyib. Onun sözlərinə görə, zəlilərin çoxaldılması təcrübəsi inkişaf etsə, ölkəmiz üçün də gəlir mənbəyi olar: “Çünki xarici ölkələr Azərbaycan zəlilərini çox həvəslə alırlar. Zəliləri süni surətdə çoxaldaraq, istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil”.

Zəlinin CİTEZ-in siyahısına salındığını deyən E.Yusifov bildirib ki, hazırda respublikada satılan zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəlilələri daha çox Rusiya, Türkiyə və Avropa ölkələrinə satırlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar