Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilindən I qrup əlilə dəstək – Foto

Tarix: 17-04-2017 16:44     Baxış: 5303 A- / A+
Millət vəkilindən I qrup əlilə dəstək

Fiziki imkanları məhdud rəssam Ramil Əhmədovun sərgisi böyük maraqla qarşılanıb.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İB-nin və Park Bulvarın dəstəyi ilə təşkil edilən, bir çox ziyalı, tanınmış jurnalist və QHT fəallarının iştirak etdiyi tədbirdə rəssamın müxtəlif mövzularda çəkdiyi əsərləri tamaşaçılara təqdim edilib.

Millət vəkilinin sözlərinə görə, istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır:

“Sərgidə nümayiş edilən əsərlərə baxdıqca sanki tamaşaçı Ramil Əhmədovun işıqlı könül dünyasına səyahət edir, onun xəyal və fikirlərinin məhsulu ilə tanış olursan. Sərgi iştirakçıları birinci qrup əlil olan Ramilin əsərlərindən zövq almaqla yanaşı, həm də rəssama mənəvi və maddi dəstək verirlər”.

Tədbirdə çıxış edən tanınmış jurnalistlər, ziyalılar və sənətsevərlər rəssamın istedadına heyran olduqlarını bildiriblər və Ramilə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, Beynəlxalq Şoppinq Festivalı çərçivəsində keçirilən fərdi sərgi 10 may tarixinədək davam edəcək və arzu edənlər sərgini ziyarət edə bilərlər.kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar