Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda şəxsi təyyarələri olanlar kimlərdir? – AZAL-dan AÇIQLAMA

Tarix: 12-04-2017 19:27     Baxış: 4659 A- / A+
Azərbaycanda şəxsi təyyarələri olanlar kimlərdir?

Dəyəri milyon dollarlarla ölçülən şəxsi təyyarələrə hər kəs sahib ola bilmir. İmkanlı təbəqədən olan şəxslər belə kiçik təyyarələrdən təkcə xarici səfərlər zamanı deyil, ölkədaxili gəzintilər zamanı da yararlanırlar.

Azərbaycanda da şəxsi təyyarələri olanlar var. Lakin onların adları açıqlanmır.

Şəxsi təyyarəsi olan azərbaycanlılar onu xarici ölkələrdə saxlamağa üstünlük verirlər. Çünki şəxsi təyyarələrin saxlanılması Azərbaycanda baha başa gəlir.
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə Modern.az-a açıqlamasında deyib ki, ölkəmizdə şəxsi təyyarələrin saxlanılmasına icazə verilmir.

"Qanunvericilik Azərbaycanda şəxsi təyyarələrin saxlanılmasına icazə vermir. Sadəcə olaraq, şəxsi təyyarələri icarəyə götürmək mümkün ola bilər. İcarə əsasında götürülən təyyarələrin uzunmüddətli, yaxud da qısamüddətli olması danışıqlardan asılı olan məsələdir. Razılıq əldə olunandan sonra bunu həyata keçirmək olar. İcarəyə götürülən təyyarələrlə ölkə üzərində uçuşlar həyata keçirmək mümkündür.

İcarə məqsədilə istifadə olunan təyyarələr Heydər Əliyevadına hava limanında saxlanılır”.

Yeri gəlmişkən, "Knight Frank” şirkətinin ötən ay açıqlanan "The Wealth Report-2017” adlı illik məruzəsində bildirilir ki, 2016-cı ildə Azərbaycanda 13 nəfərin adına şəxsi təyyarə olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar