Xəbər lenti
Dörd yaşlı "coğrafiya müəllimi" — Azərbaycanda daha bir vunderkind üzə çıxdı -VİDEO
Adətən belə xəbərləri xarici saytlara istinadən veririk.
Məsələn, beş yaşlı uşaq dünya xəritəsini əzbər bilir, yaxud bir milyona qədər sayır və sair və ilaxır. Ancaq haqqında bəhs edəcəyimiz vunderkind elə öz ölkəmizdə-Salyan rayonunun Noxudlu kəndində yaşayır. Cəmi dörd yaşı var Turan Novruzovun. Atası həmin kənddə tarix müəllimidir. Turan ölkələrin paytaxtlarını, materik və qitələri, ölkələrin bayraqlarını bilir və tanıyır. Ən qəribəsi budur ki, qəhrəmanımız bayraqları görmədən təsvir etməyi də bacarır. Məsələn, ölkənin adını demək kifayət edir ki, həmin bayrağı təsvir etsin.
Turanın başqa bir özəlliyi isə bildiklərini öyrətmək istəyidir. Özündə bir yaş kiçik qardaşı Uğur Novruzov da artıq Turanın bildiklərini mənimsəməyə başlayıb.
Ataları Əli Novruzov deyir ki, artıq bir ilə yaxındır oğlu ilə məşğul olur, ona bildiklərini öyrədir:
"Turan xaraktercə özünə qapalı uşaqdır. Ancaq çox güclü zehni var. Məsələn, ən çətin adı olan ölkənin paytaxtını iki-üç cəhdə öyrənir. Özünün də meyli, marağı var. Kiçik oğlum Uğur isə mənim Turana öyrətdiklərimi öyrənir".
Ə.Novruzovun ən böyük arzusu övladlarına yaxşı təhsil verə bilməkdir:
"İş elə gətirdi ki, mən ali təhsil alıb rayona qayıtdım. Çünki Qubadlıdan məcburi köçkün düşəndən Salyanda məskunlaşmışıq. Amma istərdim ki, övladlarımın daha böyük uğur qazanması üçün onlara yaxşı təhsil verim. İndiki halda əlimdən gələn bildiklərimi onlara öyrətməkdir. Bəzən elə şeylər olur ki, birlikdə öyrənirik. Fikrimcə, vətənə təkcə əsgər deyil, həm də savadlı gənclər yetişdirmək lazımdır. Çünki istənilən peşə sahibi üçün savad, bilik vacibdir".
Qeyd edək ki, Salyanın Noxudlu kəndində məskunlaşmış Novruzovlar ailəsi əslən Qubadlı rayonunun Mahruzlu kəndindəndir.olke.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar