Xəbər lenti
8 yaşında narkotikə qurşanmış gəncin ÜRƏKDAĞLAYAN DRAMI-Video
Hər insan həyatı ilə bağlı xəyallar qurur. Müəyyən yaş dövrlərində xəyallar və arzular bir-birini əvəz edir. Onun doğulandan bəri bir xəyalı olub, o da normal ailədə, ata və anasının əhatəsində böyümək. Xəyal özü böyüyüb, amma xəyalları uşaq olaraq qalıb.
Qəhrəmanımızla dağınıq, bir az da tənhalığı xatırladan soyuq yataqxana otağında görüşdük. 33 ilik yalqız, pərakəndə həyatını xatırladan yataqxana otağı...
Xəyal Tağıyevin həyatı çoxlarının həyatından daha fərqli və hadisələrlə doludur. O danışdıqca, həyatının epizodları sanki bir filmə tamaşa edirmiş kimi canlanır insanın gözləri önündə. İstər-istəməz düşünürsən ki, 33 illik bir ömrə necə sığıb bu qədər hadisə? Bir bəndə üçün çox deyilmi bunlar - sual edirsən özlüyündə, səssizcə...
Onu sadəcə həyatı, gələcəyi, yaşamaq uğrunda mübarizəsinin nəticəsi maraqlandırır. Heç bir yaş dövründə ata və ana qayğısı, dəstəyi görməyən Xəyalın mübarizə əzmi sonsuzdur sanki...
Üzünü belə xatırlamadığı atası anasından 20 yaş böyük olub və tez - tez qadını döyürmüş. O vaxtlar atası qaçaqmalçılıqla məşğul olurmuş. Anasının atası qızını kənddə qaçaqmalçı kimi tanınan, dəfələrlə məhbəs həyatı yaşamış, bir neçə dəfə ailə qurmuş Haqverdiyə vermək istəmirmiş.
Xəyal bircə onu bilir ki, o atasının 13-cü, anasınınsa birinci övladıdır. Xəyalın heç vaxt öz yuvası olmayıb. Böyüdüyü yuvaların sayını da doğru-dürüst bilmir. Onun yuvası ata ocağından başqa hər yer olub – ana babasının yanı, ögey atanın evi, internat, saysız-hesabsız küçələr, skamyalar... Və nəhayət bu yataqxana otağı...
Qəhrəmanımız, Qazaxın Əskipara kəndində, 1983-cü il dekabrın 5-də dünyaya gəlib. Deyir ki, həmin gün ailə üçün sevincli və ya kədərli gün olduğunu bilmir.
Ana babasının evində dünyaya göz açan Xəyalı 3 yaşına qədər dayısı böyüdüb. Dayısı körpə Xəyalı belinə bağlayıb çobanlıq edirmiş. Gecəni də uşaq dayısının belində, dağlarda keçirirmiş. Xəyalın 3 yaşı olanda anası ikinci dəfə ailə qurub: “Anam ailə qurub Türkmənistana köçmüşdü. Həmin vaxt mən böyük xalamın yanında qalırdım”.
1987-ci ilin sonlarında anası Azərbaycana gəlib. 3 yaşında qoyub getdiyi körpəsini özü ilə Türkmənistana aparmalı olur. İkinci əri buna görə qadını dəfələrlə döyür. Vəziyyəti belə görən ana balasını Ahal vilayətində bir kəndli ailəsinə oğulluğa verir. Həmin ailədə həyatının ən xoşbəxt iki ilini yaşadığını deyir Xəyal. Ata-ana qayğısını məhz o ailədə görüb ilk dəfə.
Ancaq 1990-cı ildə doğma anası onu gətirib Qazaxda uşaq evinə verir. 1991-ci ilin sonlarında isə Xayalı uşaq evindən çıxarıb, yenidən dayısının və xalasının yanına qoyurlar. Ermənistan Azərbaycan torpaqlarına təcavüz edəndə anası yenidən gəlib onu Türkmənistana, ikinci ərinin evinə aparır. Azyaşlı Xəyalı atalığı yenə də qəbul etmir və Türkmənistanda narkotikə qurşanır. Amma çətinliklə də olsa, bu vərdişdən tez bir zamanda uzaqlaşır.
Xəyalın sonrakı həyatı internatla bağlıdır: “Elə olub ki, aylarla yatağın altına girib gecələr ağlamışam. Orda bir xala var idi, baxmırdı ağlayırsan, ya neynirsən, şlanq əlində gəlib qışqırırdı. Bir-iki dəfə şlanqla vururdu və sən məcbur idin, səsini kəsib yatasan”.
33 yaşındadır Xəyal. Özünə ev tikmək, ailə qurmaq istəyir: ““İstəyirəm ki, xəyalımda qurduğum kimi ata olum. Ata olum, atacıq yox. hazırda heç nəyim yoxdur həyatda. Bircə qürurum var. Amma bilirəm ki, kənardan qürurlu görünmürəm ".
2007-ci ildə Xəyal anasını və onun ikinci ərindən olan oğlunu da Türkmənistandan Azərbaycana gətirib, yaşadığı kiçik yataqxana otağında onlara da sığınacaq verib ki, çöldə qalmasınlar.
Xəyalın öz doğma atasını xatırlamır, heç bir fotosu da yoxdur onunla.
Xəyalın gözəl səsi, musiqi duyumu var. Dəfələrlə çıxışları da olub, musiqilər yazdırıb.
Yataqxana otağında uzun illər arzusunda olduğu azadlığı tərənnüm edən göyərçinlər, balıqlar saxlayır. Onlara özünün heç vaxt görmədiyi qayğı və sevgi ilə qulluq edir. Deyir özlərinə yuva qura bilməsələr də, bəzən kimlərəsə, lap el nələrəsə yuva, sığınacaq ola bilirlər internat uşaqları.(lent.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar