Xəbər lenti
Gömrükdə qanunsuz qızıl-zinət əşyaları aşkarlandı

Dubaydan gətirilən qanunsuz qızıl-zinət əşyaların ölkəyə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükü rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın bel çantasına təkrar yoxlama keçirilib.
Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd sırğa, üzük, kolye və qolbaq dəsti aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 73,95 qram olan 916 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar