Xəbər lenti
Sürücülərə parklanma ilə bağlı xəbərdarlıq

Bu ərazidə avtomobil saxlamaq olmaz
Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.
Şirkətdən İstiPress-ə verilən məlumata görə, aprelin 7-i axşam saatlarından etibarən Əziz Əliyev küçəsində yolun kənarına baryerlərin quraşdırılmasına start veriləcək. Burada quraşdırma işləri nəqliyyat hərəkətinin sıx olmadığı saatlarda (22:00-dan 06:00-dək) aparılacaq.
Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar