Xəbər lenti
Qurbanlıq nə vaxt, hansı qaydada kəsilməlidir?
Qurbanlığı bayramın birinci, ikinci və üçüncü günləri kəsmək qəbul edilsə də, birinci günü kəsmək daha əfzəl sayılır.
Qurbanlar şəhərlərdə və ya bayram namazı qılınan digər yaşayış yerlərində namazdan sonra, bayram namazı qılınmayan kəndlərdə və köçəri həyat yaşanan yerlərdə isə bayram günü dan yerinin ağarmasından sonra kəsilir. İlk vaxtı budur. Son vaxtı isə bayramın üçüncü günü günəş batana qədər davam edir.
Hər hansı bir üzrlü səbəbdən bayram namazına gedə bilməyən kəs namaz qılınacaq qədər bir müddət keçdikdən sonra qurbanını kəsə bilər. Qurbanı gecə kəsmək tənzihən məkruhdur. Çünki gecə qaranlıq səbəbi ilə kəsmək çətindir və bu zaman xəta etmə ehtimalı vardır. Qurbanlıq heyvanın kəsilməsi vaxtı ilə bağlı müxtəlif hədislərdə söz edilir. Bəra İbn Azibdən (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğu nəql edir:
“Bizim bu günümüzdə ilk işimiz namaz qılmaq, sonra da qurbanımızı kəsməkdir. Kim belə edərsə, bizim sünnəmizə əməl etmiş sayılır. Kim də bayram namazından əvvəl qurbanını kəsərsə, bu qurban ailəsinə verdiyi ətdən başqa bir şey deyil”.
Bu hədisi-şərifə görə, ərəfə günü gündüz və ya gecə, yaxud bayramın ilk günü, bayram namazı qılınan yerlərdə namazdan əvvəl kəsilən heyvan qurbanlıq hökmündə olmaz. Bir hədisdə belə buyurulur:
“Kim bayram namazından əvvəl qurban kəsərsə, bir daha kəssin. Məhz namazdan sonra qurbanlığı kəsən ibadəti yerinə yetirmiş, müsəlmanların sünnəsinə əməl etmiş sayılır”. Qurbanlıq heyvan qibləyə tərəf yatırılır və “Bismillah Allahu əkbər” - deyilərək kəsilir. Qurbanı sahibinin özünün kəsməsi daha yaxşıdır. Bu mümkün olmazsa, uyğun bir müsəlmana kəsdirməli, özü də yanında durmalıdır. Qurbanlıq heyvanın başına və bıçağa oxunan dua:
إنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ لَا شَرِيكَ لَهُ
Tərcüməsi: “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür! Onun heç bir şəriki yoxdur”.
Qurban duası
Bismillahir rəhmanir rəhim! Vəccəhtu vəchiyə lilləzi fətərəs səmavati vəl ərzə hənifən muslimən və ma ənə minəl muşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lilləhi rəbbil aləmin. La şərikə ləh. Və bizalikə umirtu və ənə minəl muslimin. Əllahummə təqəbbəl minna kəma təqəbbəltə ən İbrahimə xəlilik. Və Musa kəlimik. Və Muhəmmədin həbibik. Səlləllahu ələyhi və alihi və ələyhim əcməin.
Tərcüməsi: Həqiqətən mən səmimi gəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri Yaradana tutmişam və mən Ona şərik qoşanlardan deyiləm. "De ki, şübhəsiz mənim namazım, ibadətlərim, dirimin və ölümün, aləmlərin rəbbi olan Allahındır. Onun heç bir ortağı yoxdur. Mənə belə əmr olunub. Və mən müsəlman olanlardanam". Allahım, dostun İbrahimdən, kəlimin Musadan və həbibin Muhəmməddən (Allahın salamı ona və ailəsinə və onların hamısına olsun) qəbul etdiyin kimi bizdən də qəbul et. Bismillah. Allah qəbul eləsin! Amin!
* Bu bayram günlərində Tanrı dualarınızı, qurbanlarınızı öz dərgahında qəbul buyursun.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar