Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Milyonçu” kişi iş axtaran qadının başına oyun açdı - BAKIDA

Tarix: 02-04-2017 15:28     Baxış: 4442 A- / A+
“Milyonçu” kişi iş axtaran qadının başına oyun açdı

“Milyonçular məhəlləsi”nin sakini ilə sosial şəbəkədə tanışlıq qadına baha başa gəldi.
Sosial şəbəkədə ev işləri görmək təklifi ilə əlaqədar elan yerləşdirən qadın özünü “milyonçular məhəlləsi”nin sakini kimi təqdim edən gənclə tanış olur. Həmin gənc ev yığışdırmaq bəhanəsi ilə qadını özünün də düz-əməlli tanımadığı əraziyə aparır. Oradaca “qurban”ının əlindəki planşeti və pul kisəsini götürərək aradan çıxır.

Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı Bakı şəhər sakini Elşad Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Elşad Məhərrəmov 21 sentyabr 2016-cı ildə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 13 saylı evin qarşısında Fərqanə Abdullayevanın əlindəki planşeti və pul kisəsini zorla onun əlindən alıb. Qadın müqavimət göstərərək, telefonu vermək istəmədikdə onu yumruqla vurub. F.Abdullayevanın qışqıraraq köməyə adam çağırdığını görüncə isə, dərhal qaçaraq hadisə yerindən uzaqlaşıb.

F.Abdullayevaya 179 manat ziyan vuran, ona qarşı soyğunçuluq edən E.Məhərrəmov ertəsi gün həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Elşad Məhərrəmov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Fərqanə Abdullayeva ilə odnoklassniki.ru sosial şəbəkəsində tanış olduğunu göstərib. Qadını yaxından tanımaq istədiyini, görüşmək niyyətində olduğunu desə də, sosial şəbəkəyə ev işləri görmək təklifi ilə daxil olan qadın razılaşmayıb. Qısacası, yalnız işlə bağlı görüşə biləcəyini deyib. Belə olan təqdirdə Elşad qadına yalandan Bakıxanov qəsəbəsində “milyonçular məhəlləsi”ndə evi olduğunu, həmin evdə təmizlik işlərinin görülməsini təklif edib.

”Evi göstərmək üçün axşam saatlarında “Neftçilər” metro stansiyasının yaxınlığına görüş təyin etdim. Əlində telefon və planşet vardı. Onları ələ keçirmək üşün piyada getməyi təklif etdim. Qəsəbədəki fərdi evlərin yerləşdiyi əraziyə gəldik. Evlərdən birinin qarşısında dayandıq. Telefonun fənəri ilə qapıya işıq salmaq istədiyimi dedim, amma Fərqanə telefonu vermədi. Telefonla planşeti dartdım, Fərqanə büdrəyib yıxıldı, qaçıb getdim. Bir qədər aralandıqdan sonra ələ keçirdiyim əşyalardan birinin planşet, digərinin pul qabı olduğunu gördüm. Pul qabının içində cəmi 5 manat vardı. Ertəsi gün polis əməkdaşları evə gələrək məni bölməyə apardılar. Hadisə zamanı Fərqanəni vurmamışam”, - təqsirləndirilən deyib.

Zərərçəkmiş qismində dindirilən Fərqanə Abdullayeva ifadəsində özünə iş tapmaq üçün internetə daxil olduğunu, ona ev işləri görməyi təklif edən, adının Eduard olduğunu deyən şəxslə ötən ilin sentyabr ayının 21-də görüşdüyünü göstərib:

”Eduardla görüşdük, piyada yolla Bakıxanov qəsəbəsindəki fərdi evlərin yerləşdiyi əraziyə gəlib çıxdıq. Eduard məndən telefonun fənərindən istifadə etmək istədiyini dedikdə şübhələndim, vermədim. O, planşeti, pul qabını dartıb əlimdən aldı. Telefonu vermədikdə yumruqla alnıma, gözümə zərbələr endirdi. Yerə yıxılsam da, telefonu əlimdən buraxmadım. Qışqırıb köməyə adam çağıranda Eduard qaçıb getdi. Sonradan bildim ki, özünü Eduard kimi təqdim edən şəxsin adı əslində Elşad Məhərrəmov imiş. Məhkəmədən ona ağır cəza verilməsini xahiş edirəm”.

Məhkəmənin hökmü ilə Elşad Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar