Xəbər lenti
Ziya Məmmədovun yolda yediyi 625 milyon: Pulunu kim verəcək?
Regionların davamlı inkişafının təmin olunması üçün müasir yol-nəqliyyat infrastrukturunun yaradılması mühüm əhəmiyyət kəsb edir.
Ölkədə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, yeni yollar inşa edilib. Prezidentin 2018-ci ildə imzaladığı sərəncamla Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yolun tikintisinə qərar verilib. Yeni yolun tikintisinə 2018-ci ildən başlanıb. Uzunluğu 152 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. 2018-ci ilin fevralında Prezidentin sərəncamı ilə yolun tikintisinə dövlət büdcəsindən 150 milyon manat ayrılıb.
Həmin il əlavə olaraq yolun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə 7,1 milyon manat, 16 km-lik - Masazır-Novxanı hissəsinin tikintisinə 1,8 milyon manat, 2019-cu ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 45 milyon manat, 2020-ci ildə yolun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinə 8 milyon manat vəsait ayrılıb. Lakin ekspertlərin fikrincə, xeyli vəsait ayrılmasına baxmayaraq, problem həllini tapmayıb.
İqtisadçı Samir Əliyev bildirib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsində Azərbaycan tərəfinin payı (182 km hissə) maliyyələşdirillməsinə 2005-2010-cu illərdə (Ziya Məmmədovun nazir olduğu müddətdə -red.) 625,7 milyon manat xərclənib:
“Bundan başqa, 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə (məsələn, yol qovşaqlarının, körpülərin tikintisi) yönəldilib. Ümumilikdə 641 milyon manata yaxın vəsait edir. Bunlar hələ Azərbaycanın ödədiyi puldur. Layihə səhv etmirəmsə, Dünya Bankının Azərbaycan hökuməti ilə birgə layihəsidir. İndi bu yol dağıdılıb. Çünki bir neçə il idi sürücülər zülüm çəkirdilər. Çünki yol yararsız hala düşmüşdü. İndi həmin milyonlar heç nə olmamış kimi dağıdılır və növbəti milyonlar hesabına yenidən qurulur".
Maraqlıdır, milyonlar ayrılan həmin yol niyə çox qısa müddət istismarda oldu və əgər problemi yük maşınları yaradıbsa, niyə onların hərəkətinə icazə verilib?
Manevr.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cebhe.info-ya bildirib ki, Bakı istiqamətində müəyyən hissələrdə yol örtüyündə dağılmaların olduğu hamıya məlum idi:
“Hazırda həmin istiqamətdə yol yenidən qurulur. Yol tikilərkən təbii ki, vəsait ayrılmalıdır, həmin vaxt da vəsait ayrılıb və yol tikilib. Yəni bu, Agentliyin yaranmasından öncə baş verib. Hamıya da məlumdur ki, o yol nə zaman, necə tikilib, nə qədər vəsait ayrılıb. Bu yol dağlıb, şikayətlər var. Rəsmi olaraq həmin yolun niyə elə olması və bərpası ilə bağlı açıqlamalar verilib. Orada Rusiya istiqamətində yeni magistral yol inşa olunur. Həmin magistralın ödənişli olması nəzərdə tutulur. Vətəndaşlara ədalətli alternativ verilməlidir. Ona görə də həmin yolun bərpası mütləqdir. Eləcə də mövcud yolun Bakı istiqaməti yararsız hala düşüb. Bu da cəmiyyəti narahat edən məsələlərdəndir. O yolun bərpası üçün təbii ki, vəsait ayrılmalıdır. Biz Agentlik olaraq o yolu bərpa etməliydik. Bunun başqa çıxış yolu varmı ki, vəsait sərf olunmadan bərpa olunsun? O pis yol olsaydı, yalnız bir hissəsi deyil, hər yeri dağılardı. Orada inşaat zamanı drenajların olmaması ilə bağlı müəyyən qüsurlar var.
Eləcə də həmin yoldan 70 faizə yaxın əks istiqamətdə hərəkət edən normadan artıq yüklənmiş yük maşınları problem yaradıb. Bu, 1-3 günün içərisində o yoldan istifadə nəticəsində baş verməyib. Birinci yolun sağ hərəkət zolağı sıradan çıxdı, sonra yük maşınları sol istiqamətdə hərəkət etməyə başladılar. Yenə bu istiqamət sıradan çıxdı. İndi biz bərpa edirik. Hər bir istiqamət üzrə yolun əvvəlində sərhəd nəzarət məntəqələrimiz var. Yeni tikilən və bərpa olunan yola yük maşınları yoxlanışdan sonra buraxılacaq. Əgər normadan artıq yükü varsa, mütləq şəkildə o yük boşaldılandan sonra onun hərəkətinə icazə veriləcək. Yol Polisi ilə birgə çalışıb o yola normadan artıq yüklənmiş maşınlar buraxılmayacaq”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, həmin yol beton yol kimi çəkilirdi və 20 illik zəmanətlə çəkilmişdi:
“Yəni 20 il həmin yol heç bir dağıntılara, təmirə məruz qalmamalı idi. Nəticədə isə bunun əksini gördük. Həmin yolda çox qısa zamanda əksinə, təmir-bərpa işləri aparılmağa başladı. Yolun açılışından cəmi iki il sonra artıq müxtəlif istiqamətlərdə yolun bağlanmasını və təmir olunmasının şahidi odluq. Bu, ondan xəbər verir ki, çox keyfiyyətsiz çəkilmişdi. Keyfiyyət problemləri də yeyintidən doğur. Əgər keyfiyyət göstəriciləri aşağı düşürsə, deməli, orada korrupsiya və yeyinti halları var. Digər tərəfdən istismarı ilə bağlı ciddi problemlər var. Ölkədə yük maşınlarının daşıdığı yükün həcmi ilə bağlı müəyyən normativ aktlar var. Orada əlaqədar, nəzarət edəcək orqanlar müəyyən rüşvət müqabilində yük maşınlarını artıq yüklənməsinə göz yumurdular. Məsələn, yük maşınları 500 ədəd daşımalı olduğu halda 800-1200 ədəd mişardaşı daşıyırdılar. Yaxud digər yüklərlə bağlı olsa belə, istər-istəməz yükün həcminin çox olması yolun daha tez dağılmasına səbəb olan amillərdən birinə çevrildi”.
Ekspert bildirib ki, ancaq başlıca amil bu deyil:
“Əsas amil məhz yolun çəkilişi zamanı keyfiyyət göstəricilərinə əməl edilməməsi və yeyinti hallarının olmasıdır. Nəticədə yol çox qısa zamanda dağıldı, indiyədək də zaman-zaman yolun müəyyən hissələrinin təmir olunduğunu görürük. Artıq yamaq-yamaq olub. Adı beton yoldur, ancaq bir hissəsi betondur, digər hissəsi alfaltdır, başqa bir tərəfində isə asfalt-beton qarışığı var. Yəni kifayət qədər keyfiyyətlə bağlı problemlər vizual olaraq, gözlə görüləcək səviyyədədir. Bu, Azərbaycanda institusional bir problemdir. Ölkədə ən rahat pul yeyilmə yeri yol tikintisidir. Burada yeyintinin həcminin çox olması keyfyyətsiz yolların artmasına səbəb olur. Yəni yollarımızın xeyli hissəsi düzəldilib, böyük investisiya yatırılıb, magistral yollarımızın xeyli hissəsi yaxşı vəziyyətdədir. Ancaq ümumilikdə götürdükdə yol infrastrukturuna ayrılan vəsaitin həcmi ilə yolların keyfiyyəti uyğun gəlmir. Yeyinti olmasaydı, o vəsaitlə daha keyfiyyətli, dayanıqlı, daha çox yol çəkmək olardı”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar