Xəbər lenti
35 yaşlı kişi ilə cinsi əlaqədə olan dörd trans onun başına görün nə oyun açdı - Bakıda RƏZİLLİK
Bakının Qaradağ rayonunda soyğunçuluqla məşğul olan dörd transvestit hələ də azadlıqdadır.
Cinsi azlıqların nümayəndələri növbəti cinayət əməlini həyata keçirsələr də, hələ də saxlanılmayıblar.
Qaradağ Rayon Polis İdarəsindən sputnik-ə bildiriblər ki, transvestitlərin növbəti qurbanı 1982-ci il təvəllüdlü Sabirabad sakini S.İ. olub. Adının açıqlanmasını istəməyən kişi 38-ci polis bölməsinə müraciət edərək bildirib ki, dörd homoseksual onun cibindən 400 manat pulu oğurlayıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Sabirabad sakini transvestitlərin intim xidmətindən istifadə edib, lakin onların pulunu ödəməyib. Nəticədə cinsi azlıqların nümayəndələri ondan pulu güclə alıblar. Həmçinin məlum olub ki, məhz bu "dördlük" bir neçə gün əvvəl yük maşınının sürücüsü 1991-ci il təvəllüdlü Ağsu rayon sakini Rahim Cəbrayılovu soyub.
R.Cəbrayılov martın 27-dən 28-nə keçən gecə, Sahil qəsəbəsindən Bakı istiqamətində hərəkət edərkən hücuma məruz qalıb. Gecə saatlarında Cəbrayılov santexnika malları daşıdığı "Ateko" markalı yük maşınını gömrük postundan 200 metr aralıda saxlayıb. Sürücü nəqliyyat vasitəsinin kabinəsindən çıxaraq təbii ehtiyacını yerinə yetirərkən qısa ətəkli və parikli bir neçə transvestit ona hücum çəkib. Onlardan ikisi Rahimin əllərini arxadan bağlayıb, digərləri isə onun ciblərini axtarıblar. Soyğunçular 1456 manatı mənimsəyərək aradan çıxıblar.
Polisdən bildiriblər ki, bu ərazidə transvestitlər bir neçə dəfə fahişəliklə məşğul olarkən görüntüləniblər. Əməliyyatçılar cinayətlərdə kimlərin əli olmasını təxmini bilirlər. Hüquq-mühafizə orqanlarından qeyd ediblər ki, son vaxtlar paytaxtda oğurluq hadisələri çoxalıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar