Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

AZAL-ın vəzifəli əməkdaşı 92 yaşında vəfat edib - FOTO

Tarix: 30-03-2017 09:59     Baxış: 4416 A- / A+
AZAL-ın vəzifəli əməkdaşı 92 yaşında vəfat edib

Azərbaycanın əməkdar həkimi vəfat edib.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Hava Limanlarının İstismarı İdarəsi rəisinin tibbi-sanitar xidməti üzrə müavini Şövkətxanım Ataməliyeva 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, təyinatla Ordubada göndərilib. 1953-cü ildə Bakıya qayıdaraq, aviasiya tibb xidməti sahəsində çalışmağa başlayıb. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib. Ş.Ataməliyeva 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib.

Dəfələrlə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatlarını alıb.
Sövkətxanımın 2 övladı, 2 nəvəsi və 3 nəticəsi var. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar