Xəbər lenti
Azərbaycanın ən yaşlı sakini -FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın ən yaşlı sakini məlum olub.
Manevr.az xəbər verir ki, bu, hazırda Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan 104 yaşlı Vəsmə Məmməd qızı Abbasovadır.
Şəxsiyyət vəsiqəsinə görə Vəsmə Abbasovanın 104 yaşı var. Uzunömürlülər siyahısına başçılıq edən qadının 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötücəsi var.
O, yaşının çox olmasına baxmayaraq doğmalarının hamısını yaxşı tanıyır. Özünü müstəqil idarə edən ağbirçək ev işlərini görməkdən qalmır. Gözləri zəiflədiyindən tikişlə məşğul olmaqda çətinlik çəkməsinə baxmayaraq, V. Abbasova heç vaxt yataq xəstəsi olmayıb və dərman preparatı qəbul etməyib.
O, yalnız ildə 2 dəfə, həkimlərin nəzarəti ilə vitamin müalicəsi qəbul edir.
V. Abbasova nəsillərinin uzunömürlü olduğunu bildirib. Onun sözlərinə görə, anası 111 il, bacısı isə 91 il ömür sürüb.
Qeyd edək ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsinin digər sakini Kafiyə Babayeva da uzunömürlülər siyahısında yer alıb. 96 yaşı olan uzunömürlü qadın uzunömürlülüyün səbəbini zəhmətsevər həyat tərzini seçməsində və düzgün qidalanmaqda görür.
Onun sözlərinə görə, 15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında əmək fəaliyyəti göstərib. Habelə çəltik, kartof, pomidor əkib-becərib. Kafiyə Babayeva hər səhər də süd içdiyini, duru xörəklərə daha çox meyl göstərdiyini bildirib.
Uzunömürlü qadın bu gün də evdə təsərrüfat işləri ilə məşğul olur, hətta təndirdə çörək bişirir.
Lənkəran rayonunda hazırda yaşı 90-ı keçənlərin sayı 107 nəfər təşkil edir."Report"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar