Xəbər lenti
Uğur Şahindən "Omicron" açıqlaması...
"Dünyada 5,3 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası mutasiya etməyə davam edir, narahatlıq və panikaya səbəb olur".
Manevr.az xəbər verir ki, "BioNTech"in həmtəsisçisi və baş direktoru Uğur Şahin virusun indiyə qədər aşkar edilmiş ən çox mutasiyaya uğramış variantı olan "Omicron" variantı haqqında Almaniyanın nüfuzlu media qurumlarından olan "Der Spiegel"ə açıqlama verib.Araşdırmaçı həkim: “Omicron variantı bu şəkildə yayılmağa davam edərsə, iki peyvənddən üç ay sonra əlavə dozasını qəbil etmək məntiqli olar. Omicron variantı vaksinlərdən qismən yayınma xassəsinə malikdir və prinsipcə peyvəndlə nəzarətdə saxlanıla bilər. Ancaq vaksinlərin nə qədər qorunma təmin etdiyini və bu qorunmanın nə qədər davam etdiyini müəyyən etmək üçün daha çox məlumat lazımdır".
Məlumatların dəyişdiyi üçün peyvənd dozaları arasında gözləmə müddətinin də dəyişdiyini vurğulayan Şahin, əlavə edib: “İki doza peyvənd artıq tam peyvənd olunmaq demək deyil. Elmi cəhətdən, peyvəndin iki dozasından üç ay sonra üçüncü dozanın tətbiqi lazım ola bilər. Hər kəs peyvəndin ikinci dozasından 3 ay sonra üçüncü dozanı alırsa, peyvənd ən yaxşı müdafiəni təmin edir./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar