Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə Nazirliyindən “Omikron” ştamı ilə bağlı açıqlama

Tarix: 09-12-2021 12:52     Baxış: 4201 A- / A+
Səhiyyə Nazirliyindən “Omikron” ştamı ilə bağlı açıqlama
"Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştamı - "Omikron” ştamı peyda olub və hamının narahatçılığına səbəb yaradıb".
Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, ilkin mülahizələrə görə yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir:
"Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcək. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır. Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar