Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

ÜST AÇIQLADI: “Omikron” “delta”dan daha yüngüldür

Tarix: 09-12-2021 10:34     Baxış: 4245 A- / A+
ÜST AÇIQLADI: “Omikron” “delta”dan daha yüngüldür“Omikron” mutasiyasının “delta”dan daha yüngül xəstəliyə səbəb olduğuna dair bəzi sübutlar var, lakin buna əmin olmaq üçün hələ tezdir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında danışıb.
“ “Omikron” mutasiyası 57 ölkədə aşkar edilib və biz bu sayın artmağa davam edəcəyini gözləyirik. Onun bəzi xüsusiyyətləri bunu deməyə əsas verir. Epidemiyanın gedişatına böyük təsir göstərə bilər. Nəticədə nə olacağını bilmək hələ də çətindir. Digər mutasiyalarla müqayisədə artımın dəqiq sürətini ölçmək çətin olsa da, yoluxmanın sürətlə artdığını görməyə başlayırıq.
Cənubi Afrikadan gələn yeni məlumatlar təkrar yoluxma riskinin artdığını göstərsə də, daha etibarlı nəticələr çıxarmaq üçün daha çox məlumat lazımdır”, - baş direktor qeyd edib.
Qebreyesus “Fransa və İsveçrənin Cənubi Afrikaya səyahət qadağalarını ləğv etməsindən məmnunam və digər ölkələri də onların yolu ilə getməyə çağırıram. Fransaya və İsveçrəyə təşəkkür edirəm” deyib.
Qeyd edək ki, “omikron” mutasiyasının aşkarlanmasından sonra bir çox ölkə Cənubi Afrika ilə sərhədlərini bağlamış və bütün uçuşları dayandırmışdı.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar