Xəbər lenti
Uğur Şahinin "Omicron"la bağlı açıqlaması: Panikaya ehtiyac yoxdur
Almaniyada yeni növ koronavirus (Covid-19) peyvəndini hazırlayan "BioNTech" şirkətinin qurucuları Uğur Şahin və Özlem Türeci Omicron variantına görə panikaya ehtiyac olmadığını bildiriblər.
Manevr.az xəbər verir ki, Maynsda keçirilən 25-ci Aydın Doğan Vəqfi Mükafat Mərasimi öncəsi Uğur Şahin və Özlem Türeci jurnalistlərin suallarını cavablandırıb.İki həftə sonra "Omicron" variantı ilə bağlı ümumi məlumat topladıqdan sonra qəti bir nəticəyə gələ biləcəklərinə diqqət çəkən Uğur Şahin, "Yeni Omicron variantından qorxmağa ehtiyac yoxdur. Bunun həm də ciddi xəstəliklərdən qoruduğunu bilirik", - deyib.
Peyvəndin iki səviyyədə qorunma təmin etdiyini deyən Şahin, birincinin antikorlar, ikincinin isə t-hüceyrələri adlanan immun hüceyrələr olduğunu bildirib: “Qoruma təmin edildiyinə əminik”.
Peyvənd almayanlar arasında yoluxmaların sayı peyvənd olunanlarla müqayisədə 8 dəfə çoxdur.Xüsusilə müəyyən yaş qrupu üçün üçüncü doza tələb olunur. Biz həm də üçüncü dozanın bütün əhali üçün lazım olduğunu deyirik. Üçüncü doza 20 dəfə daha çox 97 faiz qorunmanı təmin edilir. Üçüncü dozanı tez bir zamanda qəbul etməyi məsləhət görürük, "Omicron"dan asılı olmayaraq", - deyə məhşur həkim bildirib./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar