Xəbər lenti
Koronavirusa qarşı vaksinlər bu xəstəliyə səbəb olur? - AÇIQLAMA
Bəzi vətəndaşlar koronavirus əleyhinə vaksinasiyadan sonra onlarda tez-tez təzyiqin qalxması hallarının baş verdiyini iddia edirlər.Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bunun vaksinasiya ilə heç bir əlaqəsi yoxdur.
"Təzyiq xəstəliyi vaxtaşırı kimdəsə yaranır. Əksər insanlar vaksin olunur. Lakin təzyiqin qalxmasını bununla əlaqələndirmək düzgün deyil", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 18-nə olan məlumata görə, sutka ərzində 35 min 699 nəfərə vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 10 milyon 201 min 533 doza təşkil edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































