Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Koronavirusa qarşı istifadə edilən bu dərman təsirsiz imiş” – Professordan XƏBƏRDARLIQ

Tarix: 20-11-2021 21:14     Baxış: 4262 A- / A+

Türkiyəli professor Serap Şimşek Yavuz koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə edilən “Favipiravir” dərmanının təsirsiz olduğunu açıqlayıb.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki,Dərmanın Türkiyədə korona müalicəsi protokolundan çıxarılacağını proqnozlaşdırdığını deyən professor, "Bu dərman bədəndə hər hansı bir şəkildə arzuolunmaz nəticəyə səbəb ola biləcək dərman deyil" ,– deyə açıqlamasında bildirib.
“Favipiravir”in yoxlanılması üçün yüngül və orta dərəcədə simptomları olan təxminən 1150 xəstə üzərində sınaq keçirilib. Evdə dərman qəbul edən xəstələr klinik tədqiqatçılar tərəfindən uzaqdan izlənilib. Məlum olub ki, sözügedən dərman xəstəliyin sağalması üçün effektiv nəticə vermir.
Professor Serap Şimşek Yavuz deyib ki, bu dərmanın ölkələrində də müalicə protokolundan çıxarılmasını gözləyirlər: “Bu günə qədər dərmanı istifadə edən şəxslərdə yan təsir baxımından təhlükəli bir vəziyyət yoxdur", – deyə bildirib.
Professor müalicəsində bu dərmandan istifadə edən xəstələrin narahat olmamalarını söyləyib: "Bu dərman orqanizmdə yığılıb hər hansı bir şəkildə arzuolunmaz nəticəyə səbəb ola biləcək dərman deyil. İstifadə olunan doza çox yüksək doza deyil.
Evdə müalicə alan xəstələrin özbaşına dərman istifadə etməmələrinin lazım olduğunu bir daha vurğulayan professor xəbərdarlıq da edib: "Xəstələr çox müxtəlifdir. Hər kəs öz ağlına görə qan durulaşdırıcı, vitamin, steroid istifadə etməməlidir. Bundan başqa, simptomatik şikayətləri aradan qaldırmaq üçün qızdırma salan və ağrıkəsicilərdən başqa dərmanlar qəbul etməyi məsləhət görmürük".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar