Xəbər lenti
Bu şəxslərə nar yemək olmaz - DİQQƏT
Kimyaterapiya xəstələri
Narın tərkibində çoxlu zəngin vitamin və minerallar var. Narın tərkibindəki bu minerallar xərçəng dərmanlarına qarşı əks təsir göstərə bilir. Bu səbəbdən xərçəng xəstələrinə dərman qəbul edərkən nar yemələri tövsiyə edilmir.
Hamilə qadınlar
Nar çox faydalı meyvə olsa da, həkimlər hamilə qadınların gün ərzində çox nar yeməyini tövsiyə etmir. Gün ərzində 1 ədəd nar yeməyin isə heç bir ziyanı yoxdur.
Bağırsaq əməliyyatı olan şəxslər
Narın həzm sistemində sürətləndirici təsiri olduğu üçün bağırsaq əməliyyatı keçirənlərə nar istifadəsi tövsiyə edilmir.
Şişkinlikdən əziyyət çəkənlər
Çox tez həzm olunsa da, bəzi insanlarda qaz və şişkinliyə səbəb ola bilər. Həmin problemi olan insanlar diqqətli olmalıdır.
Qəbizlik zamanı
Hər gün çox nar və ya nar şirəsi qəbul edən insanların qəbizlik riski daha yüksəkdir. Bu səbəblə çox nar istifadə etmək məsləhət görülmür.
Qan təzyiqi aşağı olan insanlar
Nardan çox istifadə etmək qan təzyiqinin ciddi şəkildə aşağı düşməsinə səbəb ola bilər. Bu problemdən əziyyət çəkən şəxslər nar istifadə edərkən diqqətli olmalıdır.
Allergiyası olan insanlar
Qırmızı rəngli meyvələrə qarşı allergiyası olan insanlar nar yeməzdən əvvəl allergiya testi etdirmələri məsləhət görülür. Həmçinin, nardan çox istifadə etmək də allergik reaksiyalara səbəb ola bilər. Bu allergiyanın çox rastlanan simptomları qaşınma, şişlik, boğazda qıcıqlanma, mədə ağrısıdır. Ağır hallarda isə nəfəs darlığı, boğazın şişməsi və hətta anafilaktik şok baş verə bilər.
Qastritdən əziyyət çəkən insanlar
Həzm sistemində problemi olan və mədə xəstəliklərindən əziyyət çəkən şəxslərin də nar istifadə etməsi tövsiyə olunmur.
Bundan əlavə, narın qabığı faydalı olsa da, o, özündə az miqdarda zəhərli maddələri ehtiva edir. Buna görə də nar qabığından istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır./pravda.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar