Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bəziləri koronavirusa niyə yoluxmur? - DEYƏSƏN ALİMLƏR BU SUALIN CAVABINI TAPIBLAR...

Tarix: 12-11-2021 11:10     Baxış: 3334 A- / A+


Britaniyada keçirilmiş yeni tədqiqat niyə bəzi adamların COVID-19 virusuna daha müqavimətli olması və milyonlarla insanların xəstələndiyi halda virusa yoluxmaması sualına cavab verib.
The Independent yazır ki, London Universitet Kollecinin bir qrup alimi COVID-19-a müqavimətlə insan orqanizminin immun sistemindəki T-şəkilli hüceyrələr və ya leykositlər arasında əlaqə aşkar edib. Bu hüceyrələr SARS-CoV-2 və koronavirus ailəsindən olan başqa infeksiyaları orqanizmdən yoluxmanın ilkin mərhələsində təmizləyə bilir. Alimlər ümid edirlər ki, bu kəşf yeni vaksin texnologiyalarına güclü təkan verə bilər.
London Universitet Kollecinin immunoloqu və sözü gedən araşdırmanın rəhbəri Leo Svodlinq deyib: "Hər birimiz yoluxanların arasında gəzib-dolaşsa da xəstələnməyən adamları görmüşdük. Bizim bilmədiymiz bu idi ki, bu adamlar həqiqətən də virusdan yayınmağı bacarıblar, yoxsa bunlarda orqanizmi virusdan təbii şəkildə təmizləyən qabiliyyət var".
T-şəkilli hüceyrələrə "yaddaşlı hüceyrə" də deyirlər. Alimlər düşünürlər ki, bəzi adamlarda koronavirusa qarşı immunitet onların başqa, mövsümi koronavirus növlərinə yoluxması zamanı yaranır. Məsələn adi soyuqdəymənin virusu da koronavirus ailəsinə aiddir. Bu həftə Nature jurnalında dərc olunmuş araşdırma hesabatında deyilir ki, bəzi adamları COVID-19-dan "yaddaşlı" T-hüceyrələr qoruyur. Maraqlıdır ki, bu adamların koronavirus testlərində anticismlər aşkar olunmur. Alimlərin fikrincə bu onunla bağlıdır ki, bəzi adamların immun sistemi virusu orqanizmdən onun hələ anticismi yaranmadan təmziləyir.
Alimlər komandası bu qənaətdədir ki, bu texnologiyadan istifadə etməklə COVID-19-a qarşı daha güclü və daha davamlı vaksinlər yaratmaq olar. Həmin təcrübədə 731 tibb işçisi iştirak edib və alimlər pandemiyanın ilk dalğası zamanı onların immun reaksiyasını öyrəniblər. Aşkar olunub ki, iştirakçılardan 58-də onların yüksək yoluxma şəraitində olmalarına baxmayaraq test nəticələri pozitiv olmayıb. Amma bu da aşkar edilib ki, həmin şəxslərdə T-şəkilli hüceyrələrin sıçrayışlı artımı qeydə alınıb. Bu isə o deməkdir ki, bəzi adamların COVID-19-a qarşı hələ pandemiyadan əvvəl də təbii immuniteti olub.
COVID-19-a qarşı mövcud vaksinlər virusa qarşı anticism müqavimətinə əsaslanır və virusun xarici tac çıxıntılarını-zülallarını hədəfləyir. Alimlər bu qənaətə gəliblər ki, gələcək vaksinlər T-şəkilli hüceyrə reaksiyası əsasında işlənə bilər. Bu halda vaksinlər orqanizmə virus düşdükdən sonra, amma xəstəlik simptomları yaranmazdan əvvəl immun sistemi hərəkətə gətirə bilər. Alimlər bunu da deyilər ki, T-şəkilli hüceyrələr müxtəlif virusların paylaşdığı ortaq əlamətləri hədəflədikllərinə görə, immun sistemi üçün anticismlərdən daha effektivdirlər. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar