Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

COVID-19 insanın xərçəngdən qoruyan sistemini çökdürür

Tarix: 11-11-2021 09:47     Baxış: 4169 A- / A+

 

COVID-19 insanın xərçəngdən qoruyan sistemini çökdürür - Türk alim
İstanbulun Göztəpə Süleyman Yalçın Şəhər Xəstəxanasında təcili yardım şöbəsinə qəbul edilən xəstələr üzərində aparılan araşdırma koronavirusun orqanizmi xərçəng və ürək xəstəliklərindən qoruyan zülal səviyyəsini aşağı saldığını ortaya çıxarıb.
Manevr.az bildirir ki, koronavirus infeksiyası hüceyrə membranında bədəni ürək-damar xəstəlikləri və xərçəng kimi mürəkkəb xroniki xəstəliklərdən qoruyan "LRP1" adlı müdafiə zülalının səviyyəsinin azalmasına səbəb olur.

Süleyman Yalçın Şəhər Xəstəxanasında 180 xəstə üzərində aparılan araşdırma COVID-19 infeksiyasına yoluxanların gələcəkdə ürək-damar xəstəlikləri və xərçəngə qarşı həssaslığının artıb-artmayacağına da aydınlıq gətirəcək.

Tədqiqatçılar koronavirusun orqanizmi belə xəstəliklərdən qoruyan sistemin ən əhəmiyyətli fermentlərindən olan ACE2-ni təsirsiz hala gətirdiyini və digər qoruyucu protein səviyyələrinin azalmasının da bu hadisə ilə əlaqəli olduğunu düşünürlər. Türk alimlərinin araşdırması onu deməyə əsas verir ki, bu sistemlərdəki genetik dəyişikliklər xəstələri ağır COVID-19-a meylləndirə bilər.

COVID-19-un qan lipidləri, ürək və maddələr mübadiləsinə təsirlərini öyrənən araşdırma dünyanın nüfuzlu "Paul Dudley White International Scholar Award" adlı mükafatına layiq görülüb. /medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar