Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

QADINA İKİ FƏRQLİ PEYVƏND VURULUB – Səhiyyə İdarəsi əl-ayağa düşdü...

Tarix: 09-11-2021 20:02     Baxış: 3257 A- / A+


QADINA İKİ FƏRQLİ PEYVƏND VURULUB  – Səhiyyə İdarəsi əl-ayağa düşdü...

Rusiyada qadına koronavirusa qarşı iki fərqli peyvənd vurulub.
Rusiya KİV-i xəbər verir ki, sözügedən Sevastopol şəhər sakini əvvəlcə 1-ci doza üçün Çin istehsalı olan “CoviVac” peyvəndi vurdurub.
İkinci dozanı vurdurmaq məqsədilə şəhərin mərkəzi meydanında yerləşən səyyar peyvənd məntəqəsinə müraciət edib. “CoviVac” peyvəndinin tapılmaması səbəbindən 2-ci doza əvəzinə həkim qadına “Sputnik V” komponentini təyin edir və arayışda da rəsmi olaraq bu məhlulu təsdiq edir.
Nəticədə rusiyalı qadın fərqli iki peyvənd vurdurmalı olur. 
Bu hadisə vilayət mətbuatında ildırım sürəti ilə yayılır və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur. 
Nəhayət, iş bu yerə çatanda Sevastopol rəhbərliyi hadisəyə dərhal reaksiya verib. 
Həkim məsuliyyətsizliyi maraqlı bir izahatla belə şərh edilib:  
“Həmin gün stansiyada yaşlı həkim işləyirdi, ola bilsin yaşlı olmasından qarışıqlıq yaranıb. Digər tərəfdən, peyvənd dərmanlar qrupuna aid deyil və kimyəvi elementləri ehtiva etmir”. 
Buna baxmayaraq, ehtiyat tədbiri olaraq həmin gün şəhər Səhiyyə İdarəsi xəstəni nəzarətə götürür. Əməkdaşlar onunla təmas quraraq mütəmadi səhhətində hər hansı bir dəyişikliyin olub-olmamasını yoxlayırlar. İki müxtəlif peyvənd alan qadın isə nə səhhətindən, nə də həkimlərdən şikayətçidir.lent.az

Manevr.az
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar