Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vaksinasiya yaşı azaldıla bilər - RƏSMİ

Tarix: 05-11-2021 14:41     Baxış: 3252 A- / A+
Azərbaycanda vaksinasiya yaşı azaldıla bilər (RƏSMİ)
"Çində "Sinovac” vaksininin üç yaşdan böyük uşaqlar üçün istifadə olunması ilə bağlı tədqiqatlar aparılır. Yekun nəticələr əldə olunan kimi ekspert qruplarımızla müzakirə olunacaq və bundan sonra qərar qəbul ediləcək”.
Manevr.az bildirir ki, bunu "COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Azərbaycanda vaksinasiya yaşının azaldılmasının mümkünlüyü barədə Trend-in sualını cavablandırarkən deyib.O bildirib ki, Azərbaycanda hazırda 12-18 yaşlı uşaqlar valideynlərin istəyi ilə peyvənd olunur:
"ABŞ-da 5 yaşdan 11 yaşadək uşaqların peyvəndlənməsinə icazə verilir. Bunun üçün xüsusi "Pfizer” vaksinindən istifadə olunur”.
Azərbaycanda pandemiya ilə bağlı cari vəziyyətdən danışan T.Musayevin sözlərinə görə, bir müddət əvvəl yoluxma sayının artmasına səbəb insanların uğurlu vaksinasiya kampaniyası fonunda arxayınlaşması və sosial məsafə, fərdi müdafiə qaydalarına əməl etməməsidir:
"Mən hələlik "Delta+” ştammı barədə məlumat olmadığı üçün nəsə deyə bilmərəm. Biz müntəzəm olaraq əlavə vaksinlərin gətirilməsi məsələsi üzərində işləyirik. Zərurət yaranacağı halda biz əlavə vaksin satın alacağıq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar