Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlər peyvənd edilmiş insanların da delta ştamını yaydığını üzə çıxarıblar

Tarix: 31-10-2021 10:53     Baxış: 4183 A- / A+




Koronavirusa qarşı peyvənd edilmiş insanlar da delta ştamını həm ətraflarına, həm də peyvənd olunmamış insanlara yaya bilərlər.
Xəbər verir ki, bu barədə “The Lancet Infectious Diseases” jurnalı məlumat yayıb.
Nəşr iddia edib ki, koronavirusa qarşı peyvənd olunmuş ailədə deltaya yoluxma ehtimalı 25, peyvənd olunmayan ailələrdə isə 38 faizdir.
Alimlər bunu bir il ərzində yüngül formada koronavirusa yoluxmuş 621 britaniyalını müşahidə edərək müəyyən ediblər.
Təcrübənin nəticələri peyvəndlərin uğurlu olduğu ölkələrdə belə koronavirusun delta ştamının yoluxucu olduğunu deməyə əsas verir.
Tədqiqatçılar bildiriblər ki, peyvənd edilmiş xəstələr koronavirusa daha asan dözür və tez sağalırlar. Peyvənd olunmayanlar isə tez-tez infeksiyanın ağır formasından əziyyət çəkirlər.
Alimlər koronavirusun ötürülməsini dayandırmaq üçün peyvəndin vacibliyini qeyd ediblər. Təcrübə həm də tam peyvənddən sonra immunitetin üç ay ərzində ciddi şəkildə azaldığını nümayiş etdirib. Daha əvvəl bu müddət altı ay göstərilirdi. Bu səbəbdən mütəxəssislər peyvəndin tam kursundan bir müddət sonra üçüncü dozanın gücləndirici olaraq tətbiq edilməsinin zəruriliyini vurğulayırlar.
London İmperial Kollecinin mütəxəssislərinin fikrincə, gücləndirici peyvəndlər koronavirusun qarşısını almağa, virusdan bir ilə qədər qorunmağa kömək edəcək.
Bundan əvvəl, oktyabrın 30-da Avropa Şurasının rəhbəri Çarlz Mişel Romada keçirilən G20 sammitində deyib ki, Avropa İttifaqı gələcək pandemiyalara hazırlaşmalıdır. O hesab edir ki, bu məsələdə əməkdaşlığı gücləndirmək üçün beynəlxalq müqavilə lazımdır.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar