Xəbər lenti
Tibbdə yenilik: Xəstələr uzaqdan müayinə olunacaq
Türkiyədə yaradılan və xəstələrə uzaqdan müdaxilə etmək imkanı verən hologram sistemi sayəsində həkimlərin işi daha da asan olacaq.
Yerli KİV məlumat verir ki, bu sistem 2017-ci ildə İstanbul Tibb fakültəsinin uşaq cərrahı mütəxəssisi doktor Mürsel Haspulatın təklifi və tələbəsi Funda Karagöz ilə birlikdə hazırlanıb. Sistem sadə, lakin təsirlidir.
Sistemdə süni intellektin köməyi ilə virtual reallıq eynəkləri və holoqram texnologiyası var. Xəstəyə uzaqdan müdaxilə etməklə yanaşı, tibb fakültəsi tələbələrinin virtual xəstələr haqqında təhsil ala biləcəyi layihə, Türkiyə texnologiya festivalında "Təhsil Texnologiyaları" sahəsində Türkiyə finalçı olub. Layihə əslində pilotların təlim aldığı uçuş simulyatorları ilə eyni məntiqə malikdir. Tələbələr bu sistem sayəsində holografik xəstələr haqqında təhsil ala biləcəklər.
Layihə həm də uzaqdakı mütəxəssislərə müdaxilə etmək şansı verəcək. Müayinə və ya əməliyyat zamanı əməliyyatı aparan mütəxəssis uzaqda olan həmkarlarından kömək ala biləcək. Məsafələri ortadan qaldıran bu sistemi dizayn edərkən, kifayət qədər təcrübəsi olmayan tələbələrdən kömək alınıb.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar