Xəbər lenti
Bu şəxslər koronavirusu yüngül keçirir

Üçüncü dozanı ilkin dozanın üzərindən 6 ay və daha çox keçmiş şəxslər, yüksək risk qrupunda işləyənlər - səhiyyə, təhsil, vətandaşlara xidmət sektoru və sair - 65 yaşdan yuxarı olan şəxslər qəbul edə bilərlər.
Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işci qrupunun üzvü, infeksionist Natiq Əliyev deyib. Həkim bildirib ki, Azərbaycanda da artıq üçüncü doza ilə peyvəndləmə işləri aparılır:
"Eləcə də 18 yaş üzərində olanlar, xroniki xəstəlikləri olan şəxslər mütləq şəkildə peyvəndlənməlidir. Dünya praktikasına əsasən, 3-cü doza olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə halı və mortalitə (ölüm halları) aşağı düşüb. Pandemik dönəmin hələ də davam etdiyini düşünərək mütləq şəkildə üçüncü doza peyvəndləmə aparılmalıdır. Bəzən insanlar yanlış olaraq "məndə şəkər var, olmaz”, "allergiyam var, olmaz” deyə düşünürlər. Bütün bunlar əsassızdır. Kəskin durum olmadığı halda mütləq şəkildə peyvəndlənmə aparılmalıdır. Bəzən 1 və ya 2-ci dozadan sonra nadir də olsa, ciddi yan təsir ola bilər. Bu hal çox az da olsa, dünya praktikasında görülüb. Həmin hallarla rastlaşan vətəndaş müraciət edərək həkim komissiyası tərəfindən müayinə edildikdən sonra əks göstəriş üçün baxıla bilər”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar