Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yoluxmusunuzsa, heç nə etməyin! - Koronavirus haqqında VACİB NÜANSLAR

Tarix: 30-09-2021 12:00     Baxış: 4233 A- / A+
Yoluxmusunuzsa, heç nə etməyin! - Koronavirus haqqında VACİB NÜANSLAR

Əgər COVIDd-19 PCR testiniz müsbətdirsə (pozitiv), fəqət heç bir şikayətiniz yoxdursa, heç bir müayinə və müalicəyə ehtiyac yoxdur. Nə KT, nə rentgen, nə 30-40 adda qan analizi, nə dərman, nə sistem, heç biri lazım deyil!

Manevr.az xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev deyib.

Həkim COVID-19-la bağlı vacib nüansları sadalayıb:

COVID-19 testi pozitivdirsə, yüngül və orta ağır şikayətləriniz varsa, hətta O2 saturasiyası lap 85-ə düşübsə belə, o saat KT-yə qaçmayın! Saturasiyanı qaldırmaq üçün müvafiq ambulator və ya stasionar müalicə üçün müraciət edin.

COVID-19 xəstəsilə təmasda olmusuz lakin, test neqativdirsə və heç bir şikayət yoxdursa, yenə də təşvişə düşüb heç bir müayinə və müalicə etməyin!

Test neqativdirsə, amma şikayət varsa, qanda COVID-19 İgM-i yoxlatdırın, o da mənfidirsə və O2 saturasiyası aşağıdırsa o halda diaqnoz qoymaq üçün KT müayinəsi lazım ola bilər.

Son günlər yoluxub, lakin xəstəliyi yüngül keçirən, O2 saturasiyası hətta 97-98 olan bir neçə tanışımın lazım olmadığı halda, mənasız yerə KT müayinəsinə gedərək ağciyərlərində 20-30% “buzlu şüşə mənzərəsi” var sözünü eşidəndən sonra dəhşət təşvişə düşərək isterik-panik boğulmaya məruz qaldığını gördüm! Onları qəşəngcə “danlayandan” sonra özlərinə gəldilər.

Canınıza yazığınız gəlsin! Lazım olmadığı halda gedib canınıza və cibinizə ziyan vurmayın! Qorxaq olmayın! COVID və digər xəstəlikləri olduğu halda döyüşərək Şəhid və Qazi olan qardaşlarımızdan ibrət alın!publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar