Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı immunoloq koronavirusla bağlı pis xəbəri açıqladı

Tarix: 26-09-2021 11:02     Baxış: 4180 A- / A+
Rusiyalı immunoloq koronavirusla bağlı pis xəbəri açıqladı

Koronavirusun geniş yayılmasına baxmayaraq, qrip patogenləri yayılmağa davam edir. Həkimlər qeyd edirlər ki, ötən il qripə yoluxma halları nadir olsa da, bu il vəziyyətin dəyişəcəyini istisna etmək olmaz.

Manevr.az publika.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı immunoloq Vladislav Jemçuqov "İzvestiya”qəzetinə açıqlamasında deyib.

"Ola bilsin ki, viruslar "razılaşıb” ki, kifayət qədər sakit bir yerdə yaşasınlar. Keçən il qrip epidemiyası olmadı, amma düşünürəm ki, bu daha çox qüvvədə olan məhdudlaşdırıcı tədbirlərə görə baş verdi, qrip vuruslarının heç bir şansı olmadı” , - həkim vurğulayıb.

Molekulyar Genetik Araşdırmalar Mərkəzinin baş direktoru Andrey İsayev də bildirib ki, keçən il görülən tədbirlər qripin yayılmasının qarşısının alıb. O, hesab edir ki, karantin tədbirləri yumşaldılan kimi, hər şey son 40 ildə olduğu kimi status-kvo vəziyyətinə qayıdır və təbii olaraq inkişaf edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il yayıla biləcək qrip virusunun əvvəllər populyasiyada yayılmayan iki A növü də daxil olmaqla dörd ştammını təsbit edib. Həkimlər insanları həm qripə, həm də koronavirusa qarşı peyvənd edilməyə çağırırlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar