Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Televizor qarşısında yatsanız, bu xəstəliklər... - Xəbərdarlıq

Tarix: 25-09-2021 18:56     Baxış: 3183 A- / A+
Televizor qarşısında yatsanız, bu xəstəliklər... - Xəbərdarlıq


Alimlər gecə yatarkən otaq lampasını yanılı qoyan, o cümlədən televizor qarısında yatan insanlarda müxtəlif simptomlar müşahidə ediblər. Dişi siçanlar üzərində aparılan araşdırma göstərib ki, gecə süni işığa məruz qalmaq sonsuzluq riskini artıra bilər.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, başqa bir araşdırma gecə növbəsində işləyən tibb bacılarının üzərində aparılıb. Məlum olub ki, əksər tibb bacıları hormon pozulmasından şikayətlənirlər.

Melatonin (beyin hormonu) nəinki bədən istiliyini, həm də təzyiqi aşağı salır. Gecələr işığa məruz qalsanız, melatonin istehsalınız azalır və təzyiqiniz yüksəlir. Bu, ürək xəstəliyi və iflic riskini artıra bilər.

Gecə süni işıqlandırma maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. 43 mindən çox qadın üzərində aparılan araşdırma göstərib ki, televizor qarşısında yatanlarda çəki artımı müşahidə olunur. Hətta tək bir süni işıq mənbəyi də hormonal balansı dəyişə bilər.

Smartfonlardan, televizorlardan və ya kompüterlərdən gələn işıq melatonin çatışmazlığına səbəb olur. Bunun xaricində digər bioloji proseslər də pozulacaq.

Digər araşdırma gecə işığa məruz qalmanın depressiya riskini artırdığını göstərib. Sirkadiya ritminin pozulması da mövcud depressiya əlamətlərini pisləşdirir. Gün ərzində sağlam hiss etmək və sağlamlıq problemi yaşamamaq üçün kifayət qədər yuxu almaq çox vacibdir. Yuxu keyfiyyətinizi qorumaq üçün qaranlıqda yatmağa diqqət etməlisiniz.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar