Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Yalançı koronavirus" necə olur? - Simptomları

Tarix: 25-09-2021 09:18     Baxış: 4181 A- / A+
"Yalançı koronavirus" necə olur? - Simptomları

Son günlərdə həkimlər COVID 19 virusu ilə bağlı təcili yardıma zənglərin çoxaldığını bildirir. Bir çox insanlar bir neçə saatdan bir təzyiqini, hərarətini ölçür, qızdırması qalxır, özündə koronavirus əlamətləri hiss edir. Termometrdə göstərici həqiqətən də 37 dərəcəyə çatır.

Manevr.az medicin.az-a istinadən xəbər verir ki, həkimlər bu halları koronavirusun yalançı simptomları adlandırır.

Belə hallar ipoxondrik, yəni xarakteri və psixoloji durumu hər xırda şeydən daxili narahatlıq, qorxu keçirən insanlarda baş verir. Onlar gerçəkdən eyni anda xəstəliyin simptomlarına bənzər əlamətlər keçirə bilir.

İpoxondriklər psixoloji koronavirus keçirir: döş qəfəsi, kürəkdə ağrı, nəfəsalmada basqı, baş ağrısı, temperaturun dəyişməsi, hətta boğazda qıcıqlanma və öskürək belə ola bilər.

Amma ipoxondrik qızdırmanı 38.5-ə kimi çatdıra bilməz və burunun, boğazın selikli qişası ödemləşə bilməz. Bu əlamətləri isə həkim asanlıqla təyin edəcək.

Ona görə əgər həkim sizdə heç nə yoxdur dedikdə panikaya qapılıb, haray qoparmayın.

Belə adamlara psixoloq köməyi və sakitləşdiricilər lazım olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar