Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hər səhər limonlu su içdikdə nə baş verir?

Tarix: 22-09-2021 09:25     Baxış: 3229 A- / A+
Hər səhər limonlu su içdikdə nə baş verir?


Səhər oyanan kimi azca limon sıxılmış ilıq təmiz su içmək faydalıdır. Orqanizm gecə də işləyir və qaraciyər bir çox energetik prosesləri tənzimləyir. Səhərə bədən susuzlaşır, faydalı maddələr azalır. Ona görə səhər tezdən orqanizmə su və mineral vermək lazımdır.

Səhərlər limonlu suyun faydalarını təqdim edirik:

1. İmmun sistemi gücləndirir

Limonda C vitamini çoxdur. Yarım limonun suyu sutkalıq C vitamini dozasının 30%-ni verir. Bu vitamin isə ürək damar xəstəlikləri,qan laxtalanmasına qarşıdır. İmmunitet vitaminidir.

2. Günə başlamaq üçün mineral enerjisi verir

Limonda kaliy və B 6 vitamini də var. Kaliy bədəndə su maye mübadiləsini tənzimləyir, sinir hüceyrələnin əzələyə impuls ötürməsinə yardım edir. Qan təzyiqini normallaşdırır. Ona görə səhər limonlu su əzələləri aktivləşdirir, ödemi, şişi götürür, təzyiqi salır.

3. Mikrobları yuyur


Səhərlər ağızdan pis qoxu gəlməsi milyonlarla bakteriya deməkdir. Gecə yuxuda onlar çoxalır.
SƏhər ağız boşluğuna birinci limonlu su keçməsi, mikrobları öldürür.

4. Ödü aktivləşdirir


Həzmin əsas dostu normada ifraz olunan öddür. Onu stimulə etmək üçün turş maddə lazımdır. Ona görə limonlu su öd kisəsini aktivləşdirir, ödü təmizləyir, mədəni, bağırsağı hazırlayır. Qəbizliyə qarşıdır.

5. Böyrəkləri təmizləyir


Lİmonlu su sidikqovucudur, gecədən böyrəklər işləyir, sidik yollarına çöküntü toplanır. Ona görə səhər tezdən yollarda qalan olan-qalan çöküntünü yumaq üçün limonlu su içmək mütləqdir.(medicina.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar